Azərbaycan İdeyası

Qiyas İbrahimov sərbəst buraxıldı - VİDEO

Tarix:10-06-2020, 14:08
Baxış Sayı:85




Gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb.
Oxu.Az-ın xəbərinə görə, Q.İbrahimov jurnalistlərə açıqlamasında polis bölməsində zorakılığa məruz qalmadığını deyib.
O, həmçinin, məqsədinin intihar etmək olmadığını bildirib.
Qeyd edək ki, iyunun 9-da Q.İbrahimov Bakıda yaşadığı evin damına çıxaraq, etiraz aksiyası keçirib.
Hadisə yerinə gələn polis əməkdaşları onu binanın damından düşürməyə nail olublar. Q.İbrahimov daha sonra polis bölməsinə aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, Q.İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək məqsədilə qanunsuz çağırışlar edib:
“Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.
Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”, - deyə E.Hacıyev əlavə edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb