Azərbaycan İdeyası

Azərbaycanda koronavirusdan da qorxulu xəstəliklər var - Dəhşətli STATİSTİKA

Tarix:10-06-2020, 14:35
Baxış Sayı:118


2019-cu ildə Azərbaycanda 55916 nəfər dünyasını dəyişib. AzadQadin.az bildirir ki,bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər.

Rəsmi məlumata görə, ötən il ölənlər arasında ən çox 60-65 yaşlılar olub:
“Ölənlərin 2509 nəfəri 0-17 yaş arası, 1204 nəfəri 18-29 yaş arası, 744 nəfəri 30-34 yaş arası, 918 nəfəri 35-39 yaş arası, 1246 nəfəri 40-44 yaş arası, 1916 nəfəri 45-49 yaş arası, 3025 nəfəri 50-54 yaş arası, 5135 nəfəri 55-59 yaş arası, 6214 nəfəri 60-64 yaş arası, 6046 nəfəri 65-69 yaş arasıdır. Ötən il vəfat edənlərin 26 959 nəfəri 70 yaş və üzəri olanlardır”.
Sorğuya verilən cavabda ötən il Azərbaycan vətəndaşlarının ölüm səbəbi olan xəstəliklər də açıqlanıb.
Belə ki, hesabat dövründə ölkədə bəzi infeksion və parazitar xəstəliklərdən 662 nəfər dünyasını dəyişib. Yenitörəmələrdən (şiş xəstəliklərindən) ölənlər isə 8819 nəfər olub.
Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan ölənlər 75 nəfər təşkil edib.
Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləs pozuntularından vəfat edənlər 1497 nəfər olub ki, onlardan 1346-sının ölüm səbəbi şəkərli diabetdir.
2019-cu ildə 848 nəfər sinir sistemi xəstəliklərindən, 32471 nəfər qan dövranı sisteminin (ürək-damar) xəstəliklərindən ölüb ki, onlardan da 7605 nəfərinin ölüm səbəbi insultdur. Ötən il ərzində tənəffüs orqanlarının xəstəliklərindən ölənlərin sayı 1854 nəfər təşkil edib ki, onlardan 3-nün ölüm səbəbi qrip olub.
Həzm sisteminin xəstəliklərindən ölənlər 2687 nəfər, dəri və dərialtı toxumanın xəstəliklərindən ölənlər 10 nəfər, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən ölənlər 26 nəfər, sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1265 nəfər təşkil edib.
Rəsmi məlumata görə, 21 nəfər hamiləlik, doğuş və zahıllıq dövründə (ana ölümü), 1002 nəfər perinatal dövrdə meydana çıxan bəzi hallardan, 203 nəfər anadangəlmə anomaliyalardan, deformasiayalar və xromosom pozuntularından, 1687 nəfər digər rublikalarda təsnif olunmayan, klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənara çıxmalardan, 2789 nəfər travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən və siar səbəblərdən ölüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.