Azərbaycan İdeyası

Budəfəki 2 günlük qadağa qərarında nələr var? - Video

Tarix:10-06-2020, 15:31
Baxış Sayı:117


Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması məqsədilə növbəti sərt karantin rejimi 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tətbiq olunacaq.
Əvvəlki qapanmadan fərqli olaraq bu dəfə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı son günlər virusun yayılmasında artım müşahidə olunan Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları ərazisində də sərtləşdirilmiş karantin rejimi olacaq.
Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən bərpa olunacaq.
Qeyd edək ki, Azərbaycanda bu günədək “COVID-19” testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, 98 nəfər, ölüb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.
“Qafqazinfo”nun bu qadağalarla bağlı hazırladığı videoçarxı təqdim edirik:
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO