Azərbaycan İdeyası

Azərbaycanda koronavirus kabusu: iki həftə ərzində yoluxma sayı daha da artacaq-SƏBƏB

Tarix:12-06-2020, 11:34
Baxış Sayı:92

Azərbaycanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Həkimlər bildirirlər ki, artıq xəstəxanaların reanimasiya şöbələrində yer yoxdur. Eyni zamanda vətəndaşların özlərinin sözlərinə görə təcili yardım xidməti də müraciətləri çatdıra bilmir. Vəziyyət kifayət qədər ciddi qiymətləndirilir.
Bəs bu durumu ikinci dalğa hesab etmək olarmı?
Məsələ ilə bağlı danışan həkim Ədalət Rüstəm bildirib ki, hazırkı vəziyyəti ikinci dalğa hesab etmək olmaz: "Hazırda Azərbaycanda vəziyyət kifayət qədər ciddidir. Səbəb isə odur ki, qərarlar düşünülən şəkildə işlənib-hazırlanmır. Eyni zamanda insanlar da karantin qaydalarına məhəl qoymurlar. İndiki vəziyyət buna görə belədir. Hələ vəziyyət getdikcə daha da gərginləşəcək. Çünki tədbirlər görülmür. Həftəsonu nəzərdə tutulan karantinlər də effektiv deyil. Ona görə ki, insanlar həftəsonu evdə otursalar da, həftə içi gəzirlər, məsafə saxlamırlar. Bu vəziyyəti ona görə ikinci dalğa saymaq olmaz ki, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə edilmir. Əksinə, artım tempi yüksək olaraq qalır. Günbəgün hər kəs öz yaxınının koronavirusa yoluxması xəbərini alır. Bütün bunlar kifayət qədər ciddi hadisələrdir və duruma qeyri-ciddi formada yanaşmaq olmaz. İkinci dalğa o zaman başlayacaq ki, Azərbaycanda koronavirusa yoluxanların sayı tamamilə sıfıra enəcək. Əgər bundan sonra yoluxma artarsa onu ikinci dalğa saymaq olar. Hələ ki, azalma müşahidə edilmir. Düşünürəm ki, Azərbaycanda yaxın iki həftə ərzində yoluxma sayı daha da artacaq”.
Həkim bildirib ki, indiki halda da koronavirusa yoluxanlar birbaşa bu virusdan ölmürlər: "Ölənlərin hamısının ağır xəstəlikləri var. Ona görə də virus onların vəziyyətlərini bir qədər də ağırlaşdırır və ölüm də qaçılmaz olur. Birbaşa koronavirus səbəbindən Azərbaycanda ölən olmayıb. Bu virusa qarşı vaksinin hazırlanması məsələsi də gündəmdədir. Lakin hesab edirəm ki, vaksin poliklinikalara bir aydan tez gəlməyəcək. Çünki vaksin hazırlanandan sonra heyvanlara, daha sonra könüllülərə vurulur. Müəyyən müddət gözlənilir ki, bu vaksinin hansısa fəsadları varsa, ortaya çıxsın. Əgər problem çıxmırsa yalnız o zaman poliklinikalara verilir. Bu proses üçün də xeyli zaman lazımdır. Ona görə də karantin qaydalarına əməl edib, qorunmaq lazımdır. Hələ ki, çıxış yolu immuniteti gücləndirmək və sosial məsafəyə əməl etməkdən keçir”. Musavat.com [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.