Azərbaycan İdeyası

Ağcabədi rayonunun başçısı: “KİV-dəki məlumat sifarişli xarakter daşıyır” - EKSKLÜZİV

Tarix:18-06-2020, 14:04
Baxış Sayı:110

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yerli KİV-də onun adından yayılan məlumatların sifariş olduğunu deyib.
Oxu.Az-a eksklüziv müsahibəsində R.Hüseynov bildirib ki, oğlu Şəhriyar Hüseynovun “Yasamal əməliyyatı” adlandırılan hadisədə iştirakı məsələsinə indiyədək heç bir jurnalist münasibət bildirməyib.
Xatırladaq ki, bir sıra yerli KİV-də Baş polis leytenantı Ş.Hüseynovun “Paltar geyinməsin, elə bu vəziyyətdə aparın” ifadəsi yayıldı.
Sonradan məlum oldu ki, Ş.Hüseynov həmin əməliyyatda iştirak edən çevik polis alayının işçisi deyil.
Qeyd edək ki, Bakının Yasamal rayonundakı ev sakinlərinin tutulması vətəndaşların iyunun 7-də polis maşınına məişət tullantıları atması və əməliyyatçılara qarşı işlətdikləri nalayiq sözlərdən sonra baş verib. Hazırda Daxili İşlər Nazirliyi bu faktla bağlı araşdırma aparır.
“Mənim adımdan məlumat yayan saytın mövcudluğu haqqında bu gün eşitmişəm. Heç bir jurnalist mənə ya şifahi, ya da yazılı şəkildə müraciət etməyib”, - rayon başçısı deyib.
Məsələyə aydınlıq gətirmək üçün qeyd edirik ki, bəzi KİV bilavasitə R.Hüseynova istinad edərək onun guya jurnalistin sualına cavab olaraq işlətdiyi sözləri sitat gətirib: “Bu barədə heç nə deməyə ehtiyac yoxdur. Müzakirə olunan məsələyə Daxili İşlər Nazirliyində aydınlıq gətirilib. Əlbəttə ki, mən bir ata olaraq oğlumu qınadım”.
Xəbərdə, həmçinin Ş.Hüseynovun ictimai qınağa səbəb olan hərəkətlərinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyindən irad bildirilib.
R.Hüseynov saytı yalan məlumat yaydığına görə məhkəməyə vermək niyyətində olduğunu bildirib.
“Mən tamamilə məsuliyyət hiss edirəm və söylədiyim hər sözə görə cavabdehəm. Çünki Prezident İlham Əliyev tərəfindən təyin olunan bir vəzifədə mövqe tuturam. Oğlumun bu əməliyyatla əlaqəsi yoxdur, o, başqa sahədə işləyir. Əgər o, qanunu pozsa belə, onu mühakimə etmək və səhvlərini qeyd etmək mənim işim deyil, mən bu məsələyə qarışa bilmərəm. O, Daxili İşlər Nazirliyinin işçisidir. Onun necə və nə üçün cəzalandırılacağını nazir müəyyən edir. Yalnız Daxili İşlər Nazirliyinin rəhbərliyi qanunun və asayişin təmin olunmasına yönəldilmiş tapşırığı nə qədər düzgün yerinə yetirdiyini qiymətləndirmək səlahiyyətindədir”, - deyə icra başçısı bildirib.
R.Hüseynov həmçinin əlavə edib ki, ixtisasca jurnalistdir və bu sahənin iş prinsiplərindən məlumatlıdır. O qeyd edib ki, heç vaxt jurnalistlərdən qaçmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb