Azərbaycan İdeyası

FHN çimərliklərdə nəzarəti gücləndirdi

Tarix:22-06-2020, 13:46
Baxış Sayı:163



Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların çimərliklərdən istifadə qaydalarına əməl etmələrinə nəzarəti gücləndirib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikanın bir sıra yaşayış məntəqələrində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində vətəndaşların qaydalara əməl etməsi ilə əlaqədar çimərliklərdən istifadənin qarşısının alınması məqsədilə FHN-nin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə, eləcə də Lənkəran, Masallı və Cəlilabad rayonlarında patrul xidməti aparır.
Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO