Azərbaycan İdeyası

İki həftəlik sərt karantin azdır, vaxtı uzatmaq lazımdır” - Tanınmış həkim

Tarix:23-06-2020, 15:53
Baxış Sayı:170


"Bu gün ictimai nəqliyyatı, küçələri müşayiət etdim və insanların sayının kifayət qədər az olduğunu gördüm. İctimai nəqliyyatda 30-40 faiz sərnişin var idi. Bu yoluxmanın sayının azalmasına müsbət təsir göstərəcək. İki həftə ərzində sərt karantin rejiminin tətbiqi yoluxmanın sayının azalmasına kömək edəcək".
Bunu Azvision.az -a açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri, tanınmış həkim Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bütün yoluxmaların aradan qaldırılması hazırkı dönəmdə mümkün deyil.

“Bu, davamlı gedən mübarizədir və əldə olunan qələbələrin əksəriyyəti faktiki qələbədir. Sərt karantin rejimində məqsəd iki həftə ərzində səhiyyə müəssisələrinin həddindən artıq yüklənməsinin və çökməsinin qarşısını almaqdır. Beynəlxalq təcrübəni və Azərbaycandakı mart və aprel ayındakı təcrübəni nəzərə alaraq düşünürəm ki, iki həftəlik sərt karantin rejimi azdır və daha iki həftə də davam etdirilməlidir. Hər iki həftəlik intervallarda epidemioloji vəziyyət araşdırılmalı və onun əsasında tədbirlər görülməlidir. Biz eyforiyaya düşməməliyik, rəqəmlərin azalması yaxşıdır, rəqəmlərin aşağı səviyyədə saxlanılması vacibdir ki, yoluxma halları ilə göstərilən tibbi xidmətin keyfiyyəti bir-biri ilə balanslaşdırılmış olsun”.

N.Seyidov bildirib ki, tibbi tədbirlərin davam etdirilməsi iki həftədən sonra da labüddür.
“Azalma o demək deyil ki, biz yenidən sıfır nöqtəyə qayıtmalıyıq. Təəssüflə qeyd etməliyik ki, yenidən yumşalma əvvəlki kimi olarsa, böyük ehtimalla artım müşahidə edəcəyik. Ümidvericidir ki, insanlar artıq virusun davranışını, törədə biləcəyi fəsadları bilir”.

Həkim qeyd edib ki, ikinci və ya üçüncü dalğa məsələləri hazırda heç bir əhəmiyyət kəsb etməyən xırda məqamlardır.

“İkinci dalğanı adətən payız fəslində gözləyirlər. Çünki payızda infeksiyaların sayında artım olur və virus ciddi problemlər törədə bilər. Ona görə payıza qədər ciddi şəkildə koronavirusa yoluxma hallarını nəzarətə götürməliyik, səhiyyə sistemini, tibb müəssisələrimizi, həkimlərimizi, ailə həkimlərini, poliklinikaları, təcili yardım xidmətlərini ciddi şəkildə dəstəkləməliyik ki, onlar potensial yüklənmə ilə qarşılaşdıqda çətinliklər çəkməsin. Hazırda viruslu infeksiyalar dalğalavari davranışa malikdir, gah artır, gah da azalır. Azərbaycanda faktiki olaraq ikinci dalğadır və karantinin yumşaldılması üçüncü dalğa olacaq".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO