Azərbaycan İdeyası

Quş ətinin çəkisini “unikal yolla” artıran müəssisə aşkarlandı

Tarix:30-06-2020, 15:46
Baxış Sayı:122


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış keçirilib.
AQTA-dan verilən məlumata görə, vətəndaş Əhmədov Nəsir Ramazan oğluna məxsus və “Quba çolpası” əmtəə nişanı ilə fəaliyyət göstərən obyektlərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin, baxış zamanı sexdə kəsilən toyuqların çəkisinin su ilə artırıldığı müəyyənləşdirilib.
Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.
Hər iki obyekt barəsində müvafiq protokol tərtib olunub və fəaliyyətlərinin dayandırılması barəsində qərar qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ