Azərbaycan İdeyası

“Sosial şəbəkələrdə yanlış informasiyalar yaymaqla insanların ürəklərinə şübhə toxumu səpirlər...”

Tarix:1-07-2020, 16:37
Baxış Sayı:176


“Amma çox təəssüflər olsun ki, bəzi hallarda sosial məsuliyyəti az olan insanlar tərəfindən karantin rejiminin tələbləri yerinə yetirilmədiyinə görə biz hələ də pandemiyanın yayılmasında artım statistikasıyla üz-üzə qalırıq. Bu isə çox qorxuldur”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili pandemiyadan qorunmaq üçün hər bir vətəndaşımızın qaydalara riayət etməsinin vacibliyini vurğulayıb:
“Karantin rejiminin uzadılmasıyla bağlı qəbul edilən qərar koronavirus pandemiyasının ölkəmizdə yaratdığı reallıqla əlaqədardır. Buna qarşı mübarizə aparmaq üçün Azərbaycan dövləti bütün tədbirləri həyata keçirir. Amma çox təəssüflər olsun ki, bəzi hallarda sosial məsuliyyəti az olan insanlar tərəfindən karantin rejiminin tələbləri yerinə yetirilmədiyinə görə biz hələ də pandemiyanın yayılmasında artım statistikasıyla üz-üzə qalırıq. Bu isə çox qorxuldur. Söhbət millətimizin ümumi sağlamlığından gedir və tendensiyanın qarşısı alınmasa, daha pis vəziyyətlə üzləşə bilərik. Ona görə də karantin rejiminin uzadılması, sosial məsafənin qorunması, sosial özünütəcridə riayət edilməsi hələlik vəziyyətdən yeganə çıxış yoludur, necə ki, dünya praktikasında da pandemiyadan yayınmaq üçün metodlar bundan ibarətdir. Düşünürəm ki, bəzi hallarda Azərbaycan vətəndaşlarının inamsızlığı və yaxud pandemiyanın olub-olmamasıyla bağlı onlardakı şübhələr nəticə etibarilə ümumi mübarizədə işimizi efektsiz edən səbəblərin başında gəlir. Çünki sosial şəbəkələr və ayrı-ayrı fərdlər bəzən yanlış informasiyalar yaymaqla insanların ürəklərinə şübhə toxumu səpirlər. Belə olan halda nəticə etibarilə ümumi gücümüzü səfərbər edib Kovid-19-a qarşı mübarizə apara bilmirik. Bu isə əsla yolverilməzdir. Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq üçün müxtəlif metodlara əl atır və onlardan biri də karantin rejiminin uzadılmasıdır, bu isə çox vacib və yerində olan bir qərardır. Amma bir şeyi də unutmamalıyıq ki, nə qədər ki, hər birimiz koronavirusun həyatımız üçün real təhlükə yaratdığını dərk etmirik, bir o qədər də pandemiyanın yayılması artan dinamikayla inkişaf edəcək. Ona görə də bir daha özümüzü, cəmiyyətimizi və yaxınlarımızı qorumaq üçün mütləq verilən qərarlara riayət etməliyik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO