Azərbaycan İdeyası

Bakıda koronaviruslu xəstə bu səs yazısın göndərdi: "Boğulub,ölürlər" - Tükürpədici VİDEO

Tarix:2-07-2020, 14:40
Baxış Sayı:230


AzTV əməkdaşı Samir Nemətzadə koronavirusdan ölüb. İnternetdə onun yaxınlarına göndərdiyi səs yazısı yayılıb.

Həmin yazılarda o, müalicə aldığı xəstəxananın şəraitindən şikayət edir. Son məlumata görə, AzTV-nin daha 5 əməkdaşı da koronavirusa yoluxub.

Hazırda televiziyada dezinfeksiya işləri aparılır.

S. Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.

O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb:

Əldə etdiyimiz məlumata görə, ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

Mərhumun atası Sabir Nəcəfzadə də saytımıza açıqlamasında itkinin onlar üçün ağır olduğunu qeyd edib. O bildirib ki, oğlunun ölümü qəfil baş verib. Yayılmış səsyazısına isə münasibət bildirməyəcəyini vurğulayıb.

“Qafqazinfo” məsələylə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevayla əlaqə saxlayıb. O məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmaların getdiyini bildirib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO