Azərbaycan İdeyası

Həqiqət Qədirova: “Həkimlər arasında COVID-19-a kütləvi yoluxmalara dair məlumatlar əsassızdır”

Tarix:6-07-2020, 16:09
Baxış Sayı:211


Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kütləvi yoluxmalar olduğuna dair məlumatlar paylaşılır.
Korrupsiya-q.az xəbər verir ki, İnstitutun bəzi işçilərinin kütləvi yoluxma səbəbindən işdən ayrılmaq üçün ərizə yazdığı da iddia olunur.

Məsələyə aydınlıq gətirən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, institutda heç bir kütləvi yoluxma faktı yoxdur:
“Ərizə yazan Babayeva Gülnarə İnstitutda çalışan kiçik tibb işçisidir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun uşaq vərəm şöbəsində çalışıb. İyun ayının 23-dən sonra İnstitutun pandemiya xəstəxanasına çevrilməsinə qərar verildi. Vərəm şöbələrində müalicə alan xəstələrimiz aidiyyəti üzrə digər tibb müəssisələrinə köçürüldü və müalicələri orada davam etdirilir. Həmin G.Babayeva və digər tibb işçiləri isə koronavirus infeksiyasına yoluxan xəstələrin müalicə prosesinə cəlb edildi. Heç bir həftə deyil həmin xanım COVID-19 xəstələri ilə çalışır, ancaq ərizəsini yazıb işdən çıxmaq istəyir. Xanımın 60 yaşı var, sağlamlığına görə narahat olduğunu deyir. Biz onu başa düşürük, heç nə deyə bilmərik. Lakin İnstitutda kütləvi yoluxma var iddiası və bu səbəbdən işdən ayrılmasını deməsi həqiqəti əks etdirmir. Tibb işçilərini işləməyə məcbur edə bilmərik, qərarlarına hörmətlə yanaşılacaq”.
H.Qədirova bu məsələnin, eləcə də institut barədə bir sıra əsassız neqativ məlumatların təxribat xarakterli olduğunu deyib:
“Bilirsiniz ki, ölkəmiz pandemiya ilə mübarizə vəziyyətindədir. Bütün tibb müəssisələrində olduğu kimi, bizim İnstitutda çalışan həkimlər arasında da COVID-19-a yoluxanlar olub. Bu barədə ictimaiyyətə də məlumat verilmişdi. Amma onu da qeyd edim ki, yoluxma heç də müəssisə daxilində qeydə alınmamışdı. Həmin şəxslər ailə daxilində, eləcə də müxtəlif ictimai yerlərdə, ictimai nəqliyyatda və s. infeksiyaya yoluxmuşdular. Odur ki, qeyri-dəqiq informasiya yayılmasın.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim və digər tibb işçiləri üçün lazım olan geyimlər, fərdi qoruyucu vasitələr, tibbi maskalar, əlcəklər, eynəklər, dezinfeksiyaedici məhlullar var. Bütün şöbələrdə qaydalara birmənalı şəkildə riayət edilməsi üçün təlimatlar verilib. Əgər kimsə bu vasitələrdən düzgün istifadəyə laqeyd yanaşarsa, bu, fərdi olaraq, həmin işçinin öz məsuliyyətsizliyi hesab olunur. Neçə aydır koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan tibb işçilərimiz, həkimlərimiz var. Qaydalara da çox ciddi şəkildə riayət edirlər. Bunun nəticəsidir ki, şükür Allaha, heç birində yoluxma faktı aşkarlanmayıb”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb