Azərbaycan İdeyası

“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər” – Baş infeksionistdən AÇIQLAMA

Tarix:9-07-2020, 16:41
Baxış Sayı:221


“Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”.
Korrupsiya-q.az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.
O qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun üçün də xarici ölkə təcrübəsi tez bir zamanda öyrənilməli və Azərbaycanda da tətbiq edilməlidir.
“Təbii ki, dənizdə də sıxlıq olacaqsa, məsafə gözlənilməyəcəksə, çətin olacaq. Dəniz kənarında oturarkən bunu gözləyəcəyiksə, bu zaman dənizə getmək təhlükə təşkil etmir. Dəniz suyunda viruslar çox qısa müddət qala bilir. Demək olar ki, yoluxdurma təhlükəsi olmur. Gərək bunun üçün mexanizm işlənib hazırlansın. Məsələn, Türkiyədə qeyd edilib necə və hansı məsafə saxlanılmalıdır”, – deyə Cəlal İsayev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar çimərliklərdən istifadə qadağandır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO