Azərbaycan İdeyası

“TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” – AÇIQLAMA

Tarix:10-07-2020, 11:58
Baxış Sayı:216


“Dövlətin keçirdiyi koronavirus testləri ödənişsizdir. Buna görə vətəndaşdan kimsə pul ala bilməz”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
S.Cəlaloğlu TƏBİB-lə bağlı məsələyə də münasibət bildirib: “İkili idarəetmə yolverilməzdir. TƏBİB-in yaradılmasına ehtiyac yox idi. Bunu kim və niyə yaratdı, deyə bilmərəm...O qurum ləğv edilməlidir. Məlum olur ki, koronavirus testləri TƏBİB-in rəhbəri Ramin Bayramlının xəstəxanasında verilir. Guya pandemiya ilə mübarizə aparır, iki gündən bir çıxır yastı-yastı deyir ki, belə edin, elə edin... Özü də vətəndaşın dərisini soyur, xeyir ola? Sən doğrudan da koronavirusa qarşı mübarizə aparırsansa, testləri niyə pulsuz etmirsən? Deyirlər ki, TƏBİB yarandıqdan sonra səhiyyə sistemində böyük dəyişiklik olub. Nə dəyişiklik olub? Əlavə alver yeri əmələ gəlib... Lap deyək ki, könüllü testdən keçmək istəyirəm, niyə ödəniş etməliyəm. Mən özümü ona görə yoxladıram ki, əgər yoluxmuşamsa, yayılmasın, vaxtında qarşısı alınsın. Kimə lazımdır belə institut? Koronavirus testi 6-7 dollardır, lap deyək ki, Azərbaycana gəldikdə 10 dollar olur. Siz bunu necə 100 manat edə bilərsiniz? Bu, möhtəkirlikdir, Baş Prokurorluq araşdırma aparmalıdır, cinayət işi qaldırılmalıdır. Yaranmış vəziyyətdən sui-istifadə etmək olmaz. Səhiyyə Nazirliyinin işi gücləndirilməlidir, rəhbərliyə xalqa, millətə bağlı olan, sərxoş olmayan insanlar gətirilməlidir...” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO