Azərbaycan İdeyası

Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA

Tarix:14-07-2020, 13:02
Baxış Sayı:132



Fransa və Portuqaliyadan olan elm adamları ortaq araşdırma aparıblar.
Araşdırma zamanı müəyyən edilib ki, fermentləşdirilmiş (duzlu və ya turşu) tərəvəzlərin vaxtaşırı istifadəsi immunitet sistemini gücləndirir və koronavirusdan ölüm riskini 35% azaldır.
Mütəxəssislər fərziyyə irəli sürərək bildiriblər ki, antioksidantla zəngin qidalar COVID-19-un şiddətinə əhəmiyyətli təsir göstərir. Həmçinin bağırsaqda faydalı bakteriya populyasiyasının artmasına öz töhfəsini verir. Fermentləşdirilmiş məhsullar bu xüsusiyyətlərdən hər ikisinə malikdir. Bu məhsullar arasında ən çox sevilən pomidor və kələm turşusu da var.
Komanda fərziyyənin doğruluğunu yoxlamaq üçün Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qida istehlakı məlumat bazasını təhlil edib. Avropa Birliyində hansı ölkələrin ən çox duzlu, turşu tərəvəz, süd və qatıq yediyini izləyib. Bu məhsulların istehlak nisbətlərinin COVID-19-dan ölüm nisbəti ilə necə əlaqəli olduğunu təhlil edib.
Tədqiqatçılar araşdırılan bütün məhsullardan yalnız duzlu və turşu tərəvəzlərin ölkədəki ölüm sayına əhəmiyyətli təsir göstərdiyini bildiriblər. Onların bölgədə tez-tez istifadəsi ölüm hallarını orta hesabla 35% azaldıb. (publika.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb