Azərbaycan İdeyası

İcra başçısından sərt karantin dövründə oğluna toy etməsi ilə bağlı AÇIQLAMA

Tarix:17-07-2020, 12:52
Baxış Sayı:126


Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
O, bu barədə Oxu.Az-a açıqlama verib.
“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən, övladım bir il bundan əvvəl nişanlanmışdı.
Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq, hər iki ailənin və gənclərin öz razılığı ilə gənclər nikahlarını rəsmiləşdiriblər”, - deyə V.İsayev bildirib.
İcra başçısı qeyd edib ki, heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib:
“Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO