Azərbaycan İdeyası

Bakı məktəblisi dünyanın 9 universitetinə QƏBUL OLUNDU

Tarix:20-07-2020, 15:23
Baxış Sayı:62


Paytaxt məktəblisi yüksək bal toplayaraq dünyanın 9 nüfuzlu universitetinə qəbul olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Metbuat.az-a verilən məlumata görə, 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. O, Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin “Tibb” ixtisasına qəbul olub.
İstedadlı məktəblinin uğurları bununla bitmir. S.Nurullayeva, həmçinin 2020-2021-ci tədris ili üçün "Tibbi biologiya" ixtisası üzrə ABŞ-ın və dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Cənubi Florida Universitetində təhsil almaq şansı qazanıb. O, universitet tərəfindən "Yaşıl və Qızıl Prezident" mükafatına layiq görülüb.
Eyni zamanda S.Nurullayeva "Biologiya" ixtisası üzrə ABŞ-ın Müqəddəs Luis Universiteti, Arizona Dövlət Universiteti və Çikaqo Universitetinə qəbul olub.
Eləcə də paytaxt məktəbi məzununun müraciəti Türkiyənin bir sıra nüfuzlu ali məktəbləri tərəfindən müsbət dəyərləndirilib. O, "Malekulyar biologiya və genetika” ixtisası üzrə Türkiyənin Koç, Sabancı və Bilkent universitetlərində, eyni zamanda, “Tibb” ixtisası üzrə Yeditepe Universitetində təhsil almaq hüququ qazanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO