Azərbaycan İdeyası

"Sədərək" və "Binə", ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR — AÇIQLAMA

Tarix:24-07-2020, 14:55
Baxış Sayı:99


Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?
Korrupsiya-q.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir:
“Bu yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə artıq ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir. İnsanlar dərk edir ki, bu xəstəlik var və təhlükəlidir. Ona görə də qoyulan qaydalara əməl etmək lazımdır. Qoruyucu tibbi maskalardan istifadə etmək və növbədə dayandıqda sosial məsafəni qorumaq lazımdır. Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Bu məsələdə qaydalara diqqətlə yanaşmaq lazımdır. Qaydalara tam əməl edilərək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq. İnsanlarımız qoyulan qaydalara mütləq şəkildə riayət etməlidir”
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb