Azərbaycan İdeyası

Azərbaycanda koronavirusla bağlı sevindirici durum - RƏSMİ

Tarix:30-07-2020, 15:41
Baxış Sayı:221


Azərbaycanda həm ölüm hallarında, həm də yoluxma hallarının sayında azalma var. Əvvəlki iki həftə ilə müqayisədə yoluxma sayı azalıb. O cümlədən sağalanların sayı artıb".
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
İSİM-in şöbə müdiri əlavə edib ki, hazırkı durum sağalanlarla yoluxanlar arasındakı fərqi əldə etməyə imkan verib: "Bu, o deməkdir ki, bizim tibb müəssisələrində çarpayılar boşalır, artıq əl çatandır. Kimsə xəstələnərsə, onlar üçün çarpayı var, mövcuddur və daha çoxdur. Bundan əlavə modul tipli xəstəxanalar da çarpayı fonduna xeyli artım təmin edib.
Hazırda səhiyyə sistemi bu tendensiya davam edərsə, xəstələri çarpayı fondu, müalicə və müayinə ilə təmin etmək iqtidarındadır. Yumşaldılmadan sonra artım müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda artıq ikinci dəfə infeksiya tam nəzarətə götürülüb".
Qeyd edək ki, Azərbaycan ərazisində indiyə qədər 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb