Azərbaycan İdeyası

"Bu şəxslərə mənzillər veriləcək" - DEPUTAT

Tarix:31-07-2020, 17:35
Baxış Sayı:289


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyulun 30-da Qəbələ rayonuna səfəri zamanı Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun adının küçəyə verilməsi barədə tapşırıq verib.
Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib ki, cənab prezident regionlara səfəri zamanı Qəbələ rayonunada da olub: “Ölkə başçısı Qəbələdə olan zaman Tovuz istqamətində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovla bağlı müvafiq tapşırıqlarını da verib. Qeyd edib ki, Azərbaycan dövləti hər zaman belə igid oğullarımızın ailələrinin, eləcədə Qarabağ əlilərinin yanındadır. Dövlət onlara hər zaman qayğı göstərəcək. Bundan əlavə cənab prezident Qəbələnin küçələrinin birinə general-mayor Polad Həşimovun adının verilməsi ilə bağlı da müvafiq tapşırıq verib.
Əlbəttə, şəhid ailələrinə və Qarabağ əlilərinə dövlətimizin hər zaman diqqət və qayğısı olub. Bu il də cənab prezidentin göstərişi əsasında 1500-ə yaxın fərdi mənzillərin verilməsi həyata keçiriləcək. Artıq bu proses başlanılıb. Bundan əlavə çoxlu sayda onlara avtomobillərin verilməsi nəzərdə tutulub. Bu günə kimi 7600-dən çox şəhid ailəsi və Qarabağ əlilləri mənzillərlə, avtomobillərlə təmin edilib. Bununla yanaşı, şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələr verilib. Eyni zamanda onlara verilən müavinətlər artırılıb. Cənab preziden Qəbələdə olduğu zaman Polad Həşimovun ailəsi ilə bağlı da icra və mərkəzi icra strukturlarına öz tapşırığını verib”.
Deputat qeyd edib ki, Polad Həşimovun adının əbədiləşdirilməsi bir daha onu göstərir ki, cənab prezident hər zaman Azərbaycan vətəndaşının yanındadır: “Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid və ya əlil olan igid oğlanlarımız, onların ailələri hər zaman dövlət başçısının qayğısı ilə əhatə olunacaqlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 12 hərbi quluqçumuzun ailəsi ilə bağlı Heydər Əliyev Fonduna öz tapşırıqlarını verib. Onları narahat edən problemlər yaxından öyrənilərək öz həllini tapacaq. Əlbəttə, atılan bütün bu addımlar cənab prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlarımıza göstərdiyi qayğının bariz nümunəsidir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ