Azərbaycan İdeyası

Deputat cəbhə bölgəsindəki xəstəxanada niyə TƏSİRLƏNDİ…

Tarix:29-09-2020, 12:37
Baxış Sayı:63


Milli Məclisin deputatı Vüqar Bayramov Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasında olub.

Korrupsiya-q.az modern.az-a istinadən xəbər verir ki, deputat xəstəxanada oalrkən iki hadisədən təsirləndiyini qeyd edib: “Əvvəlla, böyük qürur hissi ilə qeyd edim ki, yaralılarımızın bir çoxu ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirdilər.
Həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də, mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.
İkinci qürurverici fakt. Xəstəxanın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxanın baş həkiminə verib və deyib ki, “nə qədər dərman lazım olarsa, pulsuz götürün”. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər. Bu fakt da milli birliyin, xalqın orduya dəstəyinin bir daha əyani təsdiqidir”.
V.Bayramovun sözlərinə görə, bu vacib dövrdə bu şəkildə milli birliyin nümayiş etdirilməsi də yüksək vətənpərvərlik hissinin göstərcisidir: “Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işgalına son qoyulacagına inanırıq. Bizim işimiz haqq işidir!” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO