Azərbaycan İdeyası

QARADAĞ RAYONUNDA “INSULIN ÜSYANI” YETIŞIR

Tarix:25-11-2020, 14:54
Baxış Sayı:58


Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbə sakini İskəndərov Əhət Barat oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək yerli səhiyyənin fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən şikayətlənmişdir.
Vətəndaş İskəndərov 2013-cü ildən şəkər xəstəliyindən əziyyət çəkdiyini, elə həmin ildən Qaradağ rayonunda diabetli xəstə kimi qeydiyyatda olduğunu bildirir: “Hər səhər 0.5, axşamlar isə 0.2 milliqram vahidində şəkər dərmanı qəbul edirəm. Mənim şəkər həkimim mənə bir flakon yazır, bu mənə çatmır. Ona görə də hər üç aydan bir flakon öz cibimdən alıram. Hansı ki, dövlət bizi bu dərmanlarla təmin etməlidir. Həkimə müraciət edəndə mənə bildirir ki, “mənə göstəriş verilib, altı ayda bir iki flakon yaz, mən də dənə altı aydan bir iki flakon yaza bilərəm, çünki göstəriş belədir”. Mən həkimə izah edə bilmirəm ki, siz yazdığınız bir flakon insulin mənə bəs eləmir. Mən Ələt qəsəbəsi sakini olduğum halda insulin üçün Qobustan qəsəbəsinə gedib insulin yazdırır, dərmanları isə Ələt qəsəbəsindən alıram. Xəstə və yaşlı adam üçün bu çox çətin və əziyyətlidir. Onu da qeyd edim ki, bizim həkim həftənin cüt günləri Ələt sakinlərini qəbul edir, həftənin tək günlərini isə Qobustan və Sanqaçal qəsəbə sakinlərini qəbul edərək, xəstələrə resept yazır. Onlar da gəlib dərmanı Ələtdən alırlar. Ələt qəsəbəsindəki poliklinikanın baş həkiminə dedim ki, həftənin cüt günləri həkim Ələtə gəlsin, otursun, xəstələri qəbul etsin. Baş həkim dedi ki, bu, mənim səlahiyyətimdə deyil. Mən baş həkimə sual verdim ki, bəs sahə həkimi gəlib bizi yoxlamalı deyilmi? Hansı ki, mən bu günə qədər sahə həkimini tanımıram. Həkimə sual verdim ki, onun rəhbərlik etdiyi bu poliklinikada neçə həkim çatışır. O, dedi ki, 10 həkim çatışmır. Mən baş həkimə iradımı bildirəndə ki, bəs dövlət bu qədər xərc çəkib, poliklinika tikib və bura külli miqdarda pul buraxıb, tibbi avadanlıqlarla təchiz edib. Hansı ki, b u avadanlıqlara böyük ehtiyac olduğu halda istifadə olunmur. Onu da qeyd edim ki, qəsəbə sakinləri müasir aparatlarla müayinədən keçmək üçün kənar yerlərə üz tuturlar. Bu da xəstələr üçün çox çətinlik yaradır. Çünki, həkim çatışmazlığı var”.
Vətəndaş İskəndərov müraciətində qeyd etdiklərini KİV-də ictimailəşdirməyi və aidiyyati orqanlara çatdırılmasını redaksiyadan xahiş etmişdir.
Xatırladaq ki, bir müddət əvvəl Gununsesi.org saytı Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 saylı Birləşmiş Şəhər xəstəxanasında şəkərli diabetdən əziyyət çəkən xəstələrlə həkimlərin insulin davasını əks etdirən videogörüntüləri yaymışdı.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto