Azərbaycan İdeyası

Yoluxma vəziyyəti çox gərgindir - Bizi sərt karantin gözləyir?

Tarix:2-12-2020, 11:17
Baxış Sayı:91


Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır.
Korrupsiya-q.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda COVİD-19-la bağlı yoluxma vəziyyəti çox gərgindir:
"Xüsusən də son həftələrdə rast gəlinən hallar, həmçinin xəstələrin sayının artımı səhiyyənin xeyli yüklənməsinə səbəb olub. İnsanların qoruyucu gigiyenik qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük. Lakin onu da qeyd etmək lazımdır ki, yoluxma hallarının artımının davam etməsində özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibb müəssisələrinə vaxtında və ya ümumiyyətlə müraciət etməmələri, özünümüalicə ilə məşğul olmalarıdır. Hesab edirəm ki, hazırkı durumda əhalinin bu istiqamətdə də xüsusilə maarifləndirilməsinə böyük ehtiyac var".

 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO