Azərbaycan İdeyası

Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb

Tarix:18-03-2021, 18:10
Baxış Sayı:112


2021-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 320,9 milyon manat, xərcləri isə 1 milyard 231,9 milyon manatı təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə edilənDövlətin gəlirləri artıb, xərcləri isə azalıb məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə büdcə gəlirlərinin həcmi 26,1 faiz artıb, büdcə xərclərinin həcmi isə 12,2 faiz azalıb.

Belə ki, yanvar ayında büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 476,9 milyon manat, əlavə dəyər vergisi üzrə 458,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 81,8 milyon manat, aksizlər üzrə 81,5 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 81,2 milyon manat vəsait daxil olub.

Həmçinin, büdcə daxilolmalarının 37,4 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 27,8 milyon manatı vergilərin digər növləri üzrə vəsaitlər və 1 milyard 75,7 milyon manatı vergi olmayan gəlirlər hesabına formalaşıb.



Büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi - 337,3 milyon manat müdafiə və milli təhlükəsizlik tədbirlərinə, 295,8 milyon manat sosial müdafiə və sosial təminata, 183,1 milyon manat kənd təsərrüfatına xərclənib.

Eləcə də, təxminən 125,8 milyon manat təhsil və səhiyyəyə, 115,4 milyon manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrindəki fəaliyyətə, 110,5 milyon manat ümumi dövlət xidmətlərinə və ümumilikdə təqribən 64 milyon manata yaxın vəsait digər sahələrə sərf olunub.



Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,4 milyon manat, xərcləri isə 3 milyard 469,8 milyon manat təşkil edib.

Büdcənin icrasında 559,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,7 faizi qədər profisit yaranıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO