Azərbaycan İdeyası

Prezident dövlət orqanlarına nəzarəti gücləndirir - ÇATIŞMAZLIQLAR BİR-BİR MƏRUZƏ EDİLƏCƏK

Tarix:11-06-2016, 17:48
Baxış Sayı:353

Prezident dövlət orqanlarına nəzarəti gücləndirir - ÇATIŞMAZLIQLAR BİR-BİR MƏRUZƏ EDİLƏCƏK
“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”.

Politika.Az xəbər verir ki, bunu prezidentin imzaladığı fərmanı şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, “ASAN xidmət indeksi” formalaşdırılacaq və hər bir dövlət orqanının xidməti bu indeks üzrə qiymətləndiriləcək: “Bu fərman sırf dövlət orqanlarının göstərdikləri xidmətlərin qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə nəticəsində həmin xidmətlərin vətəndaşlar üçün nə dərəcədə asan olması müəyyənləşəcək, çatışmazlıqlar varsa, həmin xidmətlərin daha əlçatan, şəffaf olması barədə təkliflər hazırlanacaq. Bu çatışmazlıqlar və təkliflər barədə hazırlanan hesabat Azərbaycan prezidentinə təqdim ediləcək. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görüləcək”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb