Azərbaycan İdeyası

Fikrət Fərəməzoğlu nədə ittiham olunur? - 3 ay həbs-qətimkan tədbiri seçildi

Tarix:4-07-2016, 22:29
Baxış Sayı:1 061

Fikrət Fərəməzoğlu nədə ittiham olunur? - 3 ay həbs-qətimkan tədbiri seçildi
Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu məlum olub.

Bu barədə Arqument.Az-a vəkil Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: "Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək”.

Xatırladaq ki, F. Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi. 5 gün ərzində ailəsinə və ictimaiyyətə heç bir məlumat verilməyib. Günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook”u götürüblər. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini açıqlamayıblar.

"Bu qanunsuzluğa göz yummaq olmaz"

"Artıq 4 gündür ki, ölkənin tanınmış jurnalistlərindən biri, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu oğurlanıb. Bu günə qədər onun harda, kimlər tərəfindən saxlandığı barədə hər hansı rəsmi məlumat yoxdur. Jurnalistin həmkar dostları DİN və Baş Prokurorluqdan bu barədə məlumat ala bilməyiblər".

Bunu ötən gün sosial şəbəkədə hüquq-müdafiəçisi Oqtay Güləliyev yazıb.

O bildirib: "Verilən məlumata görə iyunun 30- da gunorta saatlarında 4- 5 nəfər mülki geyimli şəxs kimliyini bildirmədən, order təqdim etmədən F. Fərəməzoğlunun evində qanunsuz axtarış aparıblar. Baş redaktora məxsus noutbuk, sənədlər, yazılar, disklər, hətta uşaqlarının toy diskləri götürülüb. Axtarış zamanı jurnalistin ailə üzvləri ilə kobud davranılıb.

Bu günə qədər onun harda saxlanıldığı bilinmir və F. Fərəməzoğlunun qanuni hüquqları tapdanır. Ailəsi ilə əlaqə saxlamasına, vəkillə təmin olunmasına imkan verilməyib.

Bəzi məlumatlara görə Fərəməzoğlu DİN Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində saxlanılır.

Qeyd edək ki, F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunub. O zaman "24 saat” qəzetinin baş redaktoru olan Fərəməzoğlu DİN rəhbəri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə şərti olaraq bir il azadlıqdan məhrum edilmişdi.

Jam.az saytı hər hansı konkret siyasi-ideoloji təmayülü ilə fərqlənmir. Saytda müxtəlif rütbəli məmurların və biznes nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələr yer alır. F. Fərəməzoğlu bu il bir neçə dəfə respublika prokurorluğuna çağrılıb.

Bəzi bilgilərə görə Fikrət Fərəməzoğlu həbs olunub. Onun qəflətən müəmmalı şəkildə yoxa çıxması, evində axtarış aparılıb noutbukunun və digər sənədlərinin götürülməsi, ailəsi ilə əlaqə saxlanmasına imkan verilməməsi və vəkillə təmin olunmaması baş redaktorun həbsində siyasi çalarların olmasına əsaslı şübhələr yaradır.

Hakimiyyət həbsxanalarda jurnalistlərin sayının azalmasına imkan vermir. Günün günorta çağı ölkədə jurnalist oğurlanır, yoxa çıxır, taleyindən xəbər yoxdur, amma heç bir dövlət qurumu olaya münasibət bildirmək istəmir. Sonra da hammısı qanunçuluqdan, şəffaflıqdan, insan hüquqlarından, açıq hökümətdən danışırlar.

Fikrət Fərəməzoğlunun həmkar dostları, hüquq müdafiəçiləri, aidiyyatı qurumlar məsələnin üstünə getməlidir. Bu qanunsuzluğa göz yummaq olmaz". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO