Azərbaycan İdeyası

Ərdoğan: “Az qala öldürüləcəkdim...

Tarix:19-07-2016, 12:10
Baxış Sayı:427

Ərdoğan: “Az qala öldürüləcəkdim...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 15-nə keçən gecə baş vermiş hərbi çevriliş cəhdi zamanı qiyamçılar tərəfindən “az qala öldürüləcəyini” deyib. Virtualaz.org xəbər verir ki, Ərdoğan həmin gecə baş verənlər haqda CNN İnternational telekanalına danışıb. “Marmarisdə 15 dəqiqə artıq qalsydım öldürüləcəkdim...

Anbaan hər şeydən xəbərim vardı. Atatürk hava limanında nəzarət qülləsini ələ keçirmişdilər. Telefonda İstanbulun Əmniyyət Müdrünü qiyamçıların oradan uzaqlaşdırılması təlimatını verdim. Hava limanındakı qiyamçıların təmizlənməsini əmr etdim. Havada olduğumuz üçün rabitə əlaqəsi bəzən kəsilirdi. Pilota nə qədər havada qala biləcəyimizi soruşdum, 3-4 saat qala biləcəyimizi dedi. F-16 təyyarələri ilə yanımızdan səsdən iti sürətlə uçuş həyata keçirdilər. Bilirsiniz, bu zaman sonik partlama yaranır və bomba partlaması effekti ilə müqayisə oluna bilər. Belə şəraitdə oraya keçdik və xalqla təmas qurduq”-Ərdoğan nəql edib.

Türkiyə prezidenti deyib ki, qiyamçıların edam edilməsinə müsbət baxır və əgər parlament vətənə xəyanət əməlinə görə ölüm hökmünü nəzərdə tutan dəyişiklikləri qəbul edib ona təqdim etsə imzalayacaq. Ərdoğan hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bir daha bəyan edib və deyib ki, onun ABŞ-dan ekstradisiyası üçün rəsmi müraciət yaxın günlərdə ediləcək.

“Bundan əvvəl mən prezident Obamadan onu Türkiyəyə verməsini istəmişdim, bu həftə rəsmi tələbimiz göndəriləcək. İki ölkə arasında cinayətkarların ekstradisiyası razılaşması var. Əgər ABŞ Güləni verməsə biz də gələcəkdə hansısa cinayətkarın ekstradisiyası üçün müraciət olunsa rədd edərik”-Türkiyə prezidenti bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb