Azərbaycan İdeyası

ŞOK İDDİA: "Türkiyədəki proses Azərbaycanda da başlayacaq"

Tarix:19-07-2016, 17:21
Baxış Sayı:318

ŞOK İDDİA: "Türkiyədəki proses Azərbaycanda da başlayacaq"
"Qardaş Türkiyədə son günlər baş verənlərin doğru və milli maraqlar istiqamətində inkişafını təmin edən əsas faktorlardan biri də media faktoru oldu. Azad və milli maraqları, dövlətçilik maraqlarını dərk edən, müstəqil şəkildə çevik qərar vermə refleksi olan media. Siyasi baxışlarını milli maraqlara qatmayan normal media. Yəni Azərbaycanda qismən olmayan və çatışmayan media".

Criminal.az bildirir ki, bu fikirləri Admiral.az-a teleaparıcı Turan İbrahimov söyləyib.

Onun sözlərinə görə, son günlər Türkiyədə baş verənlərlə əlaqəli proseslərə təbii olaraq, aktiv qoşulan yerli mediamız çox zəif, qərəzli və gerçəkləri anlamayan şəxslərin əlində olması reallığını ortaya çıxardı:

"Təbii ki, bir neçə önəmli media orqanlarını çıxmaq şərtilə. Bu həm də bir vacib məqamı qabardır. Azərbaycanda media qurumlarının iflic qalmasında maraqlı olan ciddi qüvvələr var. O qüvvələr qardaş ölkədə baş verənləri Azərbaycanın milli maraqlarına zidd şəkildə yaymaqda, çaşqınlıq yaratmaqda çox maraqlıdırlar. Dövlət başçısının rəsmi mövqeyi belə diqqətə alınmadan hər bir dezinformasiyanı yaymaqda maraqlıdırlar. Hər kəs anlamalıdır ki, Türkiyədə baş verən bu proses bizə hər mənada təsir edir, əlaqəlidir və bundan sonra da təsirsiz ötüşməyəcək. Bəli, Türkiyədəki çevriliş cəhdi fətullahçıların (nurçuların) masqasını açdı, ciddi təmizlənmə prosesi başladıldı".

O bildirib ki, bu proses Azərbaycanda da başlayacaq və başladılmaq məcburiyyətindədir:

"Çünki fətullahçıların (nurçuların) burada da böyük dayaqları, himayədarları mövcuddur və onlar geniş mənada Azərbaycanın milli maraqları üçün təhlükədirlər. Yerli mediadakı anormal mənzərə də məhz onların və himayədarlarının əsəridir. Fətullahçılar (nurçular) yerli mediaya çox ciddi şəkildə təsiretmə rıçaqlarına sahibdirlər". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO