Azərbaycan İdeyası

Bu gün "Texnikabank"la bağlı MTN polkovnikinin rüşvət məhkəməsidir

Tarix:12-01-2017, 11:18
Baxış Sayı:336

Bu gün "Texnikabank"la bağlı MTN polkovnikinin rüşvət məhkəməsidir

«Təzadlar» bildirir ki, bu gün saat 11-də Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə “Texnikabank”ın işi ilə əlaqədar 2008-ci ildə MTN-nin Baş İstintaq İdarəsində (rəis Mövlam Şıxəliyev) aparılmış istintaq hərəkətləri ilə bağlı alınan rüşvətlərin qurbanlarının cinayət işi üzrə məhkəmə prosesi başlayır... Məhkəmənin hazırlıq iclası isə dekabrin 29-da baş tutmuşdu.
"Təzadlar" iş üzrə təqsirləndirilən MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Hicran oğlu Ələkbərovun "İttiham Akt"ını silsilə dərc etməkdədir... Xatırladırıq ki, Ələkbərov Vüsal Hicran oğlu Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir (cinayət işi-162006082). Baş Prokuror Zakir Qaralovun təsdiq etdiyi “Ittiham Aktı”nda deyilir ki, Ələkbərov Vüsal Hicran oğlu Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir: "Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupu rəhbərinin müavini, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov, 162006082 nömrəli cinayət işi üzrə Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair kifayət qədər sübut toplandığına görə və Azərb. Res. CPM-nin 289-cu maddəsini rəhbər tutaraq “İttiham Aktı”nı tutdum. Cinayət işi ləğv olunmuş MTN-nin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlətrinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi, SMS mesajlarının izlənilməsi barədə mütəxəssis aktına əsasən Az. Res. CM-nin 308.2 və 309.1 maddələri ilə başlanılmış 152006057 saylı cinayət işindən 19.11.2016-cı il tarixdə təqsirləndirilən şəxs Ələkbərov Vüsal Hicran oğlunun barəsində mütəşəkkil dəstədə dəfələrlə hədə-qorxu tətbiqi ilə külli miqdarda rüşvət alınması, külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, istintaq sübutlarının saxtalaşdırılması, hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə edilməsinin, hakimiyyət həddinin və qulluq səlahiyyətlərinin aşılmasının ağır nəticələrə səbəb olması faktları üzrə Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə ayrılmışdır. Belə ki, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlərlə əlaqədar həyata keçirilən istintaq hərəkətləri nəticəsində MTN-nin bir sıra baş idarə, idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşlarından ibarət olmaqla çoxsaylı cinayətlərin törədilməsi məqsədi ilə yaradılan sabit mütəşəkkil dəstə tərəfindən vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, quldurluq, hədə-qorxu ilə onlara məxsus külli miqdarda nağd pulun, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsinə dair kifayət qədər sübutlar toplanmışdır”.
Məhkəmə prosesində "Təzadlar"ın əməkdaşı da iştirak edir və daha ətraflı yazı bu gün məhkəmə iclasından sonra təqdim ediləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO