Azərbaycan İdeyası

MTN işində sensasiya: Abutalıbovun keçmiş qadın mühasibi haqda müdhiş iddialar - ÖZƏL

Tarix:30-01-2017, 13:07
Baxış Sayı:306

 MTN işində sensasiya: Abutalıbovun keçmiş qadın mühasibi haqda müdhiş iddialar - ÖZƏL


Abutalıbovun keçmiş qadın mühasibi haqda müdhiş iddialarBakı meri Hacıbala Abutalıbovun bir zamanlar ən yaxın adamı olmuş, meriyanın sabiq mühasibi Tamara Həmidova barəsində sensasion məlumatlar əldə etmişik.
Xəbərdə iddia olunur ki, keçmiş mühasibin vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləyərkən Hacıbala Abutalıbovla yaxşı münasibətləri olub.
Həmin vaxt T.Həmidova Bakının müxtəlif ərazilərindən çoxlu torpaqlar əldə edibmiş. İddialara görə, onun meriyada səlahiyyətlərindən sui-istifadə etməsinə şərait yaradan qüvvə MTN şefi Eldar Mahmudov faktoru olub.
MTN rəhbərinə yaxın şəxslərlə əlaqələri hesabına T.Həmidova paytaxtda ayrı-ayrı yerlərdə torpaqları ələ keçirib. Mənbə iddia edir ki, bu məsələnin getdikcə böyüməsi mühasiblə Abutalıbov arasında münaqişənin yaranmasına gətirib çıxarıb.
Mer mühasibini zəiflətmək istəsə də, ona bata bilməyib. Buna səbəb MTN rəhbərliyinə yaxın şəxslərin himayədarlığı olub. İddia edilir ki, torpaq söhbətinə görə aralarında böyük davalar olub.
Korrupsiya və Qanun saytı onu da xəbər verir ki, T.Həmidovanın 505 min dolları dələduzluq yolu ilə ələ keçirilib.
Bu haqda “Yeni Müsavat”a daxil olan məlumata görə, Gündüz Bağırov və Çingiz Təndirov 2013-cü ildə T.Həmidova ilə ortaq tanışları vasitəsi ilə tanış olublar. Onlar qadını inandırıblar ki, Birləşmiş Ərəb Əmirliklərində böyük bizneslə məşğuldurlar.
Əllərindəki milyonlarla pulu biznesə yatırıblar, dövriyəni böyütmək üçün onlara əlavə vəsait lazımdır. Belədə sabiq baş mühasibdən biznesə yatırmaq üçün pul istəyiblər.
Bu yolla T.Həmidovadan 2013-2014-cü illər ərzində ümumilikdə 505 min dollar pul alıblar və ona hər ay faiz verəcəklərini vəd ediblər.
İlkin dövrlərdə sabiq baş mühasibə faizlər verilsə də, sonradan proses dayandırılıb. T.Həmidova bir neçə müraciətdən sonra ona pulu verməkdən imtina ediblər.
Deyiblər ki, hara istəsə şikayət edə bilər. Aldığımız məlumatda bildirilir ki, T.Həmidova faizləri deyil, əsas məbləği almaq üçün çabalar göstərsə də, buna da nail ola bilməyib. Məlumata görə qadın “MTN çetesi” ilə əlaqəli olan şəxslər tərəfindən dələduzluğa məruz qalıb.
Bildirilir ki, “MTN çete”si ifşa olunduqdan sonra T.Həmidova davamlı olaraq Prezident Adminstarasiyasına, hüquq mühafizə orqanlarına şikayətlər edib.
Korrupsiya və Qanun saytı xatırladır ki, keçmiş mühasibin bir müddət əvvəl məhkəmə çəkişməsi mətbuatın gündəmində olub.
“Buxar”KM-in rəhbərliyi vaxtiylə həmin müəssisədə mühasib vəzifəsində çalışdığı iddia olunan Tamara Həmidova ilə bağlı bəzi iittihamlar səsləndirib.
Müəssisə rəbərliyinin bildirdiyinə görə, T.Həmidova müəssisədə çalışdığı müddətdə ilkin torpaq ayrılmaları ilə bağlı bəzi sənədləri oğurlamış və daha sonra onun üzərində müxtəlif saxtakarlıq əməlləri apararaq notarial qaydada təsdiqləyib.
Bundan başqa, müəssisə rəhbərliyinin iddiasında T.Həmidovanın qardaşı Cəlal Həmidov tərəfindən paytaxtın Nizami rayonu Çobanzadə küçəsində 105 kvadrat metrlik ərazidə qanunsuz tikili apardığı ilə bağlı da fikirlər yer alır.
Bununla bağlı açıqlama vermiş T.Həmidova barəsində səslənən iddiaların həqiqətdən uzaq olduğunu vurğuladı.
T.Həmidovanın sözlərinə görə, o ümumiyyətlə “Buxar” KM-də işləməyib və onun əmək faəliyyəti “Baksovet”lə bağlı olub. Bütün bu iddialarla bağlı hörmətli T.Həmidovanın mövqeyini dərc etməyə hazırıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO