Azərbaycan İdeyası

İphone və İOS istifadəçilərinə xəbərdarlıq - TƏHLÜKƏ

Tarix:8-02-2017, 15:00
Baxış Sayı:435


  İphone və İOS istifadəçilərinə xəbərdarlıq - TƏHLÜKƏ


Son illlər həyatımızın hər anına daxil olan smartfonların təhlükəsizliklə bağlı daha bir çatışmazlığı ortaya çıxır.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Google Play Store və Android sistemi bu məsələdə ciddi tənqidlərə məruz qalsa da, Apple cihazlarının da məlumatların saxlanılması ilə bağlı təhlükəsiz olmadığı ortaya çıxıb. iOS AppStore`a yüklənən tətbiqlər nəzarətdə saxlanılsa da, hakerlər sistemdəki çatışmazlıqlardan istifadə edərək, telefonlardakı məlumatları ələ keçirə bilərlər. Xüsusilə bankla bağlı proseslərin həyata keçirilməsi zamanı məlumatların hakerlərin əlinə keçməsi daha asan olur.
Will Strafach adlı İT mütəxəssisi, iOS App Store’dan yüklənən 76 ədəd tətbiqdə bu tip çatışmazlıqların olduğunu müəyyən edib.
Strafach`in açıqlamasında qeyd edib ki, sözügedən tətbiqlər 18 milyon dəfə yüklənib. Bu isə o deməkdir ki, 18 milyon iOS istifadəçisinin məlumatları təhlükə altındadır.
Strafach-a görə, aşağı risk qrupuna aid olan sistemlər bunlardır: ooVoo, ViaVideo, Snap Upload for Snapchat, Uploader Free for Snapchat, Cheetah Browser.
iOS istifadəçilərinə isə məlumatlarının təhlükəsizliyi üçün güvənli bir VPN istifadə etmələri, və ya WiFi yerinə operator xətti ilə internetə daxil olmaları məsləhət görülür. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb