Azərbaycan İdeyası

Azərbaycan Respublikasınnı birinci xanmı, Azərbaycan Respublikasının birnici VITSE Prezidenti, YUNESKO və İSESKO –nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya

Tarix:6-03-2017, 16:22
Baxış Sayı:568

Azərbaycan Respublikasınnı birinci xanmı, Azərbaycan Respublikasının birnici VITSE Prezidenti, YUNESKO və İSESKO –nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!

Səsimin sizə çatdığı halda mənə kömək edəcəyinizi bilildiyim üçün Sizə ailəmizin başına gətirilən haqsızlığı yazmaq qərarına gəldim. Onu da qeyd edim ki, bu Sizə yazdığım birinci məktub deyil. Əminəm ki, yazdığım məktublar sizə bildirilsəydi nətcəsi olardı.
Həyat yoldaşım Tağıyev Novruz Qasım oğlu Latviya vətəndaşıdır. Uzun illər Latviya Respublikasında yaşayıb, orada öz işini qurmuş Latviyada tanınmış sahibkardır. Ailə qurduqdan sonra mən ona təkid etdim ki, öz işini Azərbaycana köçür. Nəhayət ki, Prezidentimiz cənab İlham Əliyevin sahibkarlara böyük yer və dəstək verməsindən ruhlanaraq yoldaşım Azərbaycana gəlib kənd təsərrüfatının maldarlıq sahəsinə sərmayə qoymağa qərar verdi. Yoldaşım az bir müddətdə iki fermer yaratmağa nail oldu. Işlərin gözəl getməsini görən 3 Latviya vətəndaşı olan yaxın sahibkar dostlarımız da (Ədalət, Rufulla, Həmiyyət) bu işə sərmayə qoymağa qərar verdilər. 2012-ci ilin sentyabr ayından 2014-cü ilin mart ayının 10-na qədər bu təsərrüfatı genişləndirməyə nail olduq. 50-60 nəfər adam iş yeri ilə təmin olundular. Ancaq ömrü az oldu. Çox çəkmədi ki, bir qrup dələduzun toruna düşdük.
Əliyev Əliyar Cahangir oğlu, Əliyev Ələkbər Əliyar oğlu və ona havadarlıq edən quldur dəstəsi gəlib bizim fermadan mal-qaranı qol gücü ilə yığıb aparmışlar. Bunu fermadakı çobanlar bizə deyib təsdiq eləmişdilər.
Sabunçu rayon polis şöbəsinə ərizə ilə müraciət etdik. İş müstəntiq Elməddin Paşayevin icratında idi. Polisimizə çox güvənirdik. E. Paşayevə də həmçinin. Lakin yenə də aldandığımızı anladıq. Müstəntiq dələduzları çağırıb dindirib “söyüb” buraxırdı etirazmımzı bildirəndə də bizi general qaynatası və kriminal aləmin nümayəndələri ilə hədələyirdi.
Qərara gəldik ki, Cənab Ramil Usubovun qəbuluna yazılaq, yazıldıq da. Biz Daxili İşlər Nazirliyinin şöbəsin dəvət etdilər. Dedilər ki, nazirimiz həssas adamdı, işi özümüz yoluna qoyacağıq. 10.000 manat gətir, Azərbaycanda qayda belədir ki, iş əgər adi şöbədə aparılarsa 5000 min manat ödəməlisən. (qeyd edim ki, Eldar Paşayev də işi başlamaq üçün yoldaşımdan 5000 min manat alıb ki, bizdə qayda belədir.) Müflis olmuş yoldaşım bunları mənə dedi. Xahiş etdi ki, qızıllarmıı sataq, Sərvər Mehrəliyevə verək. Pulu verməsək iş başlamayacaq. Başımıza ilk belə bir hadisə gəldiyindən bunun qanunda belə olduğunu düşündük. Ata-babamızdan bizə miras qalan və yoldaşımın mənə hədiyyə aldığı qızıllarımı bir saatın içində dəyər-dəyməzinə satıb tez qaçdıq Daxili İşlər Nazirliyinə. Yoldaşım içəri girdi, Nazirliyn iki nəfər əməkdaşının yanında pulu S.Mehrəliyevə verdi. S.Mehrəliyev deyib ki, narahat olma quldurlar hamısı tutulacaq. Vəsaitini alınıb 15 günün işndə sənə veriləcək. Çox sevinirdik ki, nəhayət, dostlarmızın qoyduqları vəsaiti qaytara biləcəyik. Çünki, onlar bu pulu bizdən geri istəyirlər. Başladıq gözləməyə, 15 gün oldu. Heç bir xəbər yox idi. Iki aydan sonra yenə Ramil Usubovun qəbuluna yazıldıq. Bu dəfə bizi DİN-nin istintaq şöbəsinin rəis müavini Teymur Hacıyev qəbul etdi. O da üzünü müstəntiq Samir Məcidova tutub dedi ki, tez Əliyarı həbs edin. Nazirin qəbuluna girməyin, əlimizdən gələni edəcəyik. Həqiqətən də iki günün içində Ə.Əliyev həbs olundu. Lakin dəstənin başında gələn oğlu həbs olunmadı. Bəhanələri belə oldu ki, oğulu tapıb vəsaitinizi geri ödəsin deyə onu həbs etmirik. Əliyarı tutduqdan sonra bir aracı olan iş adamı sizə dəyən bir milyon yüz min dolların yarsını 10 gün ərzində sizə ödəyəcəklər. Yarsını da iki aydan sonra razılaşdıq. Iş qanuni olsun deyə bu xəbəri S.Mehrəliyevə dedik. 15 gündın sonra heç bir vəsait ödənmədi. Əksinə hamı nazirlikdə quldur Əliyarın tərəfini saxlayırdı. Yenə nazirimizin qəbuluna yazıldıq. Bu dəfə bizi nə qədər dilə tutsalar da xeyri olmadı. əqbula düşdük. R. Usubovun qəbulundan çıxanda dünyanın ən xoşbəxt insanı idim. Nəhayət, həyatımız öz axarına düşəcəkdi.
Cinayət işi nazirmizin göstərişi ilə Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsinə verildi. Işi İsa Həbibzadə adlı bir müstəntiqin icraatlna verdilər. Gözəl qarşılanma oldu. Bu da bir həftə sürdü. Bir gün eşitdik ki, bu işlə təcridxanada olan Şahməmmədov Amil(briqadir, çoban) Qədirov Cahandar, Əliyev Mahir və silahlı dəstə ilə fermaya basqın edən, mal-qaranı yığıb aparan dəstə başçısı Əliyev Əliyar azadlığa çlxlblar. Səbəbinin soruşanda müstəntiq İsa Həbibzadə yoldaşıma deyib ki, məhkəmənin hakimindən Turqay Hüseynovdan soruş, 40.000 manat alıb buraxıb. 10.000 mant da Appelyasiya Məhkəməsinə veriblər. Yoldaşım Turqay Hüseynovla görüşəndə hakim yoldaşım deyib ki, “sənin bu işindəki müstəntiqlər səni top kimi oynadırlar öz aralarında. Mənlik deyil”. Sonra İsa Həbibzadə əlində su içdiyi butukanı yoldaşıma uzadıb deyib ki, get buna benzin doldur gəl məhkəmənin qarşısında dayan, özünü yandır. Bəlkə onda sənin işinə düz baxalar. Bu da belə...
Ailəmizə dəfələrlə - “işi bağlayaq, uzatmayaq” – deyə hədə-qorxu gəlinib və davam da edir. Bu Samir Məcidova müraciət etmişik. Tədbir görən yoxdu.
Hörmətli Mehriban xanım!
Yoldaşımın Ukraynada da böyük təsərrüfatı olub. Ukraynadakı təsərrüfatın briqadiri Azərbaycandakı bu dəstə ilə əlbir olan Cəfərov Zahir orada yoldaşımı öldürmək istəyib, lakin yoldaşım tək olmadığı üçün öz çirkin həyata keçirə bilməyib. Oradakı azərbaycanlıların dəstəyi ilə yoldaşım Vətənə gəlib. İndi Zahir də Azərbaycandadı. Onun da haqqında heç bir ölçü götürülməyib. Zahirin özünə niyə belə iş tutduğunu soruşduqda bizə deyir ki, sə məni polisə vermisən, mən də haqqımı polisə vermişəm”.
Sevimli Mehriban xanım!
3 müstəntiq də hələ hələ bir dəfə də olsun şahidlərimizi dindirməyib, əlimizdə olan faktlara baxmayıb. Kor-koranə iş aparıblar. Dövlətçiliyimizin bu qədər düşmənlərimizi qısqandıracaq dərəcədə yüksəldiyi bir dövrdə Azərbaycanımızın bu çiçəklənən dövründə yerdəki məmurlar xalqımızı bax belə narazı salırlar. Insanları intihara təşviq edirlər.
Mehribam xanım!
Sizə körpə balası, yoldaşı, özü hər gün onunla hədələnən bir ziyalı Azəri qızı kimi müraciət edirəm. Son ümidim Sizsiniz. Xahiş edirəm, bizə kömək edin!

Dərin hörmətlə! Məmmədli İradə Eldar qızı

Bakı şəh. Binəqədi rayonu, Ziya Bünyadov küç 5a, mən 39.
Əlaqə nömrələri:
436-19-44
Mob-051-890-04-00

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb