Azərbaycan İdeyası

“Ziya Məmmədovun 2 milyarda yaxın daşınmaz əmlakı var”

Tarix:28-03-2017, 16:37
Baxış Sayı:508

 “Ziya Məmmədovun 2 milyarda yaxın daşınmaz əmlakı var”
“Ziya Məmmədovun cinayət işlərinin üstü açıldıqca, dövlətdən oğurladığı bütün mülkləri əlindən alınacaq”

“Bu gün Məmmədovların Azərbaycandakı mülkünə həbs qoyulur, amma onların xaricdəki mülklərinə toxunmurlar”
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs qoyulması məsələsini şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs qoyulub. Bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Cavabdeh qismində «Garant İnşaat Sənaye» MMC, «Garant Holding» MMC, «Azpod» MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə»də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki «Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.
Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev danışıb.
Hafiz Hacıyev: “Elə etməsinlər ki, o biri məmurları da Ziya Məmmədovun halına salım”.
Partiya sədri qeyd edib ki, mən bir vaxtlar deyəndə ki, Ziya Məmmədov həbs edilməlidir, o Azərbaycan sərvətlərin talan edir, oğlu Londonda və başqa yerlərdə İlham Əliyevə qarşı kompamiya aparır, bu zaman hakimiyyət olan bəzi qüvvələr mənə deyirdilər sən yalan deyirsən, düz etmirsən, şər-böhtan atırsan. İndi həmin insanlar görürlər ki, mən düz demişəm:
“Anar Məmmədovun üzərinə həbs qoyulan əmlakının hamısı Ziya Məmmədova məxsusdur. Çünki Anar Məmmədov tək başına o qədər mülk sahibi ola bilməz. Ziya Məmmədovun cinayət işlərinin üstü açıldıqca, dövlətdən oğurladığı bütün mülkləri əlindən alınacaq. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, tək Ziya Məmmədov və qudası Heydər Əsədovun oğurladığı mülkləri ilə Azərbaycan büdcəsini 2 il doldurmaq olar. Bir məqama da diqqət edək. Necə olur ki, Ziya Məmmədovun oğlunun mülkünə həbs qoyurlar, amma onun qudası Heydər Əsədovun mülkləri yada düşmür? Bu anormal bir haldır. Çünki Anar Məmmədovun mülklərinin yarısını da ona Heydər Əsədov verib. Buna görə mən düşünürəm ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da fəaliyyəti yoxlanılmalıdır. Korrupsiyaya qarşı mübarizə idarəsi bu işlərə ciddi şəkildə yanaşmalıdır.
Bir adam 100-200 manat oğurlayanda, ya da hardasa nə isə mənimsəyəndə, o adama cinayət işi açılır və hər bir cinayətin üstünü açırlar. Amma Ziya Məmmədovun hələ üzə çıxan mülkləri budur. Bəs gizlədilən mülklərin kim üzə çıxaracaq? Mən dəfələrlə təklif etmişəm ki, yoxma keçirilsin və məmurların mülkləri siyahıya alınsın. Məsələn Ziya Məmmədovun Bakıda və Bakı ətrafında 2 milyarda yaxın daşınmaz əmlakı var. Həmçinin keçmiş nəqliyyat nazirinin saxladığı qadınların, qızların adlarına da mülkləri var. Bunların hamısı üzə çıxmalıdır. Çünki 1700 manat maaş alan bir məmur bu qədər var-dövlətin sahibi ola bilməz. Ziya Məmmədov da sahibi olduğu mülkün yarısın oğlunun adına keçirib və oğlu da əldə etdiyi pullarla Avropada anti-hakimiyyət kampaniyasında fəal iştirak edib və edir. Anar Məmmədova Qərbdə bəzi qüvvələr söz veriblər ki, Azərbaycandakı indiki hakimiyyəti devirəcəyik və sən də, atan da yenə bizimlə olacaqsınız. Bu da ciddi bir məsələdir.
Hafiz Hacıyev: “Heydər Əsədovun dövlətə olan xəyanətin görəndə dayana bilmirəm”.
Bildiyimiz kimi iqtisadiyyatın inkişafını təmin etmək üçün prezidentimiz “Yol Xəritəsi” tətbiq edib. Bu xəritənin də 70 faizi kənd təsərrüfatının gələcəkdə inkişafı və Azərbaycanın xarici idxaldan asılılıq vəziyyətini aradan qaldırmaq məqsədi daşıyır. Amm bunların bir faizinə də əməl olunmayıb. Bu gün mənə dəfələrlər xahiş ediblər ki, Heydər Əsədov haqqında danışmayım. Amma Heydər Əsədovun dövlətə olan xəyanətin görəndə dayana bilmirəm. İndi də deyirəm ki, təcili olaraq Heydər Əsədov həbs edilməlidir. Onu da qeyd edim ki, mən bir vaxtlar deyəndə ki, Ziya Məmmədov həbs edilməlidir, o Azərbaycan sərvətlərin talan edir, oğlu Londonda və başqa yerlərdə İlham Əliyevə qarşı kampamiya aparır, bu zaman hakimiyyət olan bəzi qüvvələr mənə deyirdilər sən yalan deyirsən, düz etmirsən, şər-böhtan atırsan. İndi həmin insanlar görürlər ki, mən düz demişəm.
Biz bu gün bu millətin yolunda şəhid olmağa hazırıq. Bu gün xalqımız ağır vəziyyətdə yaşayır. Hər gün bizə yüzlərlə, minlərlə şikayət məktubları gəlir. Azərbaycanda bu vəziyyəti “qocalar evi” yaradıb. Çünki onlar Azərbaycan dövlətin istəmir və hamısı müəyyən qruplarda birləşiblər. Onların etdiyi bu işlərin ziyanın da, əziyyətin də xalq çəkir. Məmmədovların xalqdan oğurladıqları mülklərin yerin bilmirlərsə, mən deyim. Onların Bakda Həsən Əliyev küçəsində, Varovskidə, Zaqubada, Bilgəhdə milyomluq villaları var. O villalar müsadirə olunmalı satılmalı və ən azından təqaüdün verə bilmədikləri təqaüdçülərin təqaüdü verilməlidirlər. Mən xəbərdarlıq edirəm və deyirəm ki, elə etməsinlər ki, o biri məmurları da Ziya Məmmədovun halına salım. Çox qısa müddətdə mən bütün məsələləri ortaya qoyacam.
Hafiz Hacıyev: “Keçirəcəyimiz mitinqlərdə korrupsiyalaşmış məmurların adları çəkiləcək və villalarının, mülklərinin şəkilləri təqdim ediləcək”.
Aprelin 15-20 arası bizim mitinqlər olacaq. Həmin mitinqlərdə də həmin məmurların adları çəkiləcək və villalarının, mülklərinin şəkilləri təqdim ediləcək. Biz bunu ona görə edirik ki, bu gün məmurlar xalqı çörəklə imtahan edirlər. Məmurların çoxu prezidentin üzünə gülür, amma heç bir iş görmürlər. Məsələn prezidenti aldatdılar 8 milyona Göygöldə suni mayalanma mərkəzi yaratdılar. Burada da heç bir iş görülmür. Milləti bu qədər çətin vəziyyətdə qoymaq olmaz. Mən istəyirəm ki, xalqımın bu çətin vəziyyətimdə onlarla birlikdə olum və son ana qədər onlarla mübarizə aparım.
Bu gün Məmmədovların Azərbaycandakı mülkünə həbs qoyulur, amma onların xaricdəki mülklərinə toxunmurlar. Ziya Məmmədovun İstanbulda 150 ev alıb və hamısın da kirəyə verib. Getsinlər o mülklərin siyahısın çıxartsınlar və soruşsunlar ki, bu qədər mülk hansı maaşla alınıb. Mən istərdim Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işdə qəti mövqe ortaya qoysun. Sonda onu da deyim ki, məmurlarımız maska taxıb çıxsınlar xalqın arasına görsünlər ki, xalq nə halda yaşayır. Ölkə prezindeti də qəti-mövqeyin orataya qoyub “qocalar evi”ndən qurtarmalıdır. Biz də həmişə prezidentin yanındayıq, amma prezidentin ətrafına qarşı düşmənik. Çünki prezidentin yanındakılar mehriban düşməndilər. Onlar ancaq dövlət başçısının çörəyin yeyib, ona xəyanət edirlər”.(pia.az) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO