Azərbaycan İdeyası

Azərbaycanda da ölüm hökmü geri qayıda bilər... - AÇIQLAMA

Tarix:29-03-2017, 13:37
Baxış Sayı:404

 Azərbaycanda da ölüm hökmü geri qayıda bilər... - AÇIQLAMA


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin aprelin 16-da keçiriləcək referendumdan sonra ölkədə ölüm hökmünün bərpa olunması ilə bağlı məsələyə baxılacağı barədə açıqlama verib.
Qonşu ölkədə ölüm hökmünün bərpasının müzakirəsi Azərbaycanda 1998-ci il fevralın 10-da ləğv edilən ölüm hökmü ilə bağlı məsələni gündəmə gətirib. Ölkəmizdə necə, ölüm hökmü bərpa oluna bilərmi?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu ölüm hökmünün bərpasının tərafdarı olduğunu bildirdi:
“Bu gün bir sıra ağır cinayətlər törədən şəxslərə ölüm hökmünün şamil edilməsi ədalətli olardı. Həm bu dünya, həm də o biri dünya üçün. Lakin Azərbaycanda ölüm hökmünün bərpa edilməsi ilə bağlı bir şey deyə bilmərəm. Bizim Avropa instututları iləmünasibətimizdə məhz bu maddənin götürülməsi şərt kimi irəli sürülmüşdü. Buna da əməl edildi.
Qeyd edim ki, ölüm hökmünün olması onun icra edilməsi demək deyil. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Ölüm hökmünün olması onun bir cəza növü kimi tədbiq ediləcəyi demək deyil. Bu, bir sıra faktlara münasibətdə psixoloji basqıdır. Bu mənada ölüm hökmünün olması əslində müsbət effekt verir”.
Bildirək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı