Azərbaycan İdeyası

SUMQAYITDA BAŞ PROKURORLA GÖRÜŞMƏK İSTƏYƏN ƏLİL VƏTƏNDAŞLARI ALDADIBLAR

Tarix:30-03-2017, 12:55
Baxış Sayı:537


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş prokuror Zakir Qaralov yanvarın 30-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 32 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.
Baş prokurorluğun yaydığı məlumatda həmçinin bildirilir ki, vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirməklə, vətəndaş-məmur münasibətlərinin Prezident cənab İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.
Ancaq baş prokurorla görüşmək istəyində olan, lakin bürokratik əngəllər səbəbindən buna nail ola bilməyən vətəndaşlar da olub. Məsələn, ı qrup əlil olan Sumqayıt vətəndaşları Dadaşov Ceyhun Xıdır oğlu (tel.: 0557459745), Əliyeva Təranə Şirəli qızı (0516595044), II qrup əlil Hüseynova Günəş Həbib qızı (0558405198) qəbulun təşkilinə məsul olan yerli prokurorluq əməkdaşlarının qeyri-həssas münasibətindən narazıdırlar. C. Dadaşovun dediklərindən: Güdüz saat 10:00 radələrində Sumqayıt prokurorluğunun inzibati binasına yaxınlaşdım. Mənə dedilər ki, qəbula yazılmalısan. Əlil olduğum üçün qəbyulun vaxtını izləyə bilmədiyimi, mənimçün istisna edilməsini xahiş etdim. Özünü qarabağ əlili kimi təqdim edən bir nəfər mənim qarşımı kəsdi. Dedi prokurorluğun binasının arxa tərəfinə keç, oradan şərait yaradarlar, qəbula düşərsən. Mən ondan əlillik vəsiqəsini göstərməsini istədikdə, bunu etməkdən yayındı. Sumqayıt prokurorluğunun işçisi Eldəniz adlı şəxs də eyni məsləhəti gördü. Biz binanın arxasına keçib bir qədər gözlədik. Bu dəfə toplaşanların Sumqayıt prokurorunun müavini Pərviz müəllim qarşımıza çıxıb təsəlli verdi ki, narahat olmayın, siz qəbula düşəcəksiniz. Lakin o gedəndən sonra burada giriş üçün heç bir fürsət olmadığını görüb yenidən binanın qarşısına qayıtdıq. Binanın önündə bir az da bizi prokurorluq işçisi mundirində gələn, hamının "Arif müəllim" dedikləri vəzifəli şəxs ləngitdi: "Darıxmayın, bizdə əlillərə böyük hörmət var". Daha bir az da gözləyəndən sonra müşahidə elədik ki, sənədləri avtomobilə yığıb apardılar. Bir xəbər tutduq ki, artıq baş prokurorun qəbulu başa çatıb.
Dadaşovun sözlərinə görə, Sumqayıt prokurorluğunun əməkdaşları həllində maraqlı olmadığı məsələləri masaya yatıracaq Sumqayıt sakinlərinin Z. Qaralovla görüşünə mane olublar. Dadaşov və yuxarıda adları çəkilən əlil vətəndaşlar isə ev növbələrinin pozulduğuna görə Sumqayıt Evlər İdarəsinin rəhbərliyindən şikayətliydilər. Onların söylədiklərinə görə yerli orqanlar bu şikayətlərinin çözülməsində onlara köməklik göstərmirlər. Dadaşov həmçinin xatırlayır ki, baş prokurorun keçən il Xızıda baş tutan qəbulunda bölgə sakinlərinin görüşü üçün daha üstün şərait yaradılmışdı. Şikayətçi bu fərqi onunla əlaqələndirir ki, Sumqayıt şəhərində əhalinin, o cümlədən həllini gözləyən problemlərin sayı qonşu rayonlara nisbətən çoxdur.
"Ülfət" Əlillərin Sisial Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri, Qarabağ Əlili Azər Rəşidov da qəbula düşə bilməyənlər sırasındadır.


Muəllif: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb