Azərbaycan İdeyası

BOŞANMIŞ GƏLİN KEÇMİŞ QAYINANASININ ƏMLAKININ İŞĞALINI DAVAM ETDİRİR

Tarix:3-04-2017, 09:40
Baxış Sayı:462


Yadınızdadırsa, Sabunçu rayonu, Sabunçu qəsəbəsinin Yefim Saratov küçəsi ev-22 ünvanda yaşayan Əsgərov Allahverdi Hüseynqulu oğlu və onun həyat yoldaşı ev sahibi Əsgərova Asya İmamqulu qızı redaksiyamıza ərizə ilə müraciət edərək, onların mənzil hüquqlarını pozan, döyüb-söyərək evlərindən qovan keçmiş qohumlarından və ikincilərə qeyri-qanuni dəstək verən hüquq-mühafizə işçilərindən şikayətlənmişdilər. Həmin şikayət ərizəsinə və ərizəyə qoşma edilmiş sənədlərin təhlilinə əsasən məqalə hazırlanmış və "Sənin boyun balacadır" deyib boşandığı ərin valideynlərinin evini əllərindən alan gəlin" sərlövhəsi altında oxuculara təqdim olunmuşdu.
Bir daha xatırladırıq ki, şikayətçilərin - Əsgərovların oğlu Əsgərov Elsevər Allahverdi oğlu 08 fevral 2003-cü il tarixdə Əsgərova (qızlıq soyadı Binnətova) Şəhla Əmirxan qızı ilə rəsmi nigah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nigahlarından 31 oktyabr 2003-cü il tarixdə Vəfa adlı qız uşaqları doğulmuşdur. Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nigah qarşılıqlı razılaşma əsasında pozulmuş və məhkəmə qərarı əsasında Elsevər hər ay 105 manat aliment ödəməli olmuşdur. Əsgərovlar bildirirdilər ki, Şəhla və valideynləri onun əsəb xəstəsi olduğunu onlardan gizlətmişlər və elə əsəbiliyi səbəbindən əri ilə yola getmirmiş, "sənin boyun balacadır, bilmirəm gözüm kor idi, yoxsa nə səbəbdənsə bunu görməmişəm, səni heç vaxt sevməmişəm" - deyib mübahisə edirmiş. 2009-cu ilin mayında valideynləri müalicə etdirmək vədi ilə Şəhlanı öz evlərinə aparıblar və bir daha qaytarmayıblar. 5 il ərzində Əsgərovlar gəlini geri qaytarmaq üçün xeyli cəhdlər etsələr də, qız evi yola gəlməyib. Boşanandan sonra keçmiş qohumlar arasında Əsgərovların 1999-cu ildə Sabunçu qəsəbəsində 1 sot yerin içində tikdirmiş olduqları bir otaqlı evin üstündə mübahisə yaranmışdır. Binnətovlar və qohumları Əsgərovları təhdid etməyə başlamış və evə olan iddialarını əsaslandırmaq üçün tanışları Zeynalov Nadir Şurya oğlunu və digərlərini təlimatlandıraraq razılaşdırılmış qanunsuz hərəkətlər etməyə sövq etdirmişlər.
Əsgərova Şəhla Əmirxan qızı keçmiş əri Əsgərova Elsevər Allahverdi oğluna qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Sabunçu qəsəbəsi Y. Saratov küçəsi 22 saylı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sabunçu məhkəməsinin 05 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməklə, Şəhlanın qızı Vəfa ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Elsevər Əsgərovun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2015-ci il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Sabunçu məhkəməsinin 05 noyabr 2014-cü il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər iki instansiya məhkəmələrinin qətnamələrinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı, işə baxılarkən sübutlara obyektiv qiymət verilmədiyi qənaətində olan Elsevər Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayəti vermiş və dəlil kimi göstərmişdir ki, birinci instansiya məhkəməsində yuxarıda adı çəkilən Nadir Zeynalov və digər şahidlər Şəhla Əmirxan qızının lehinə yalan ifadələr vermişlər. Guya Nadir 1997-2003-cü illərdə Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş və şahid olmuşdur ki, mübahisəli torpaq sahəsini Şəhlanın əmisi ona bağışlamış, üstündəki fərdi yaşayış evini isə Şəhlanın atası Əmirxan öz vəsaiti hesabına 2005-ci ildə tikdirmişdir. İfadələrə görə həmin ev inşa edildikdən sonra Şəhla və Elsevər orada ər-arvad kimi yaşamış və birgə təsərrüfat aparmışlar.
Elsevər Əsgərov Sabunçu İcra Hakimiyyətinə Zeynalov Nadir Şurya oğlunun RİH-nin strukturunda nə vaxtsa işləyib-işləməməsi barədə göndərdiyi sorğuya İH-dən aldığı cavab məktubunu Bakı Appellyasiya Məhkəməsinə təqdim etsə də, buna heç bir reaksiya verilməmişdir. Bundan başqa, iddiaçı Şəhla Əmirxan qızı özü də məhkəmədə yalan ifadə verərək, yaşamağa yerinin olmadığını demiş, atası Əmirxan Binnətovun elə həmin küçədə 4 evinin, 11 kirayənişinin olduğunu gizlətmişdir. Əsgərovlar bu qənaətdədirlər ki, məhkəmə dindirdiyi şahidlərin yalan ifadə verdiyini, qabaqcadan sözləşdiklərini ifşa etmək üçün gərəkən tədbirləri görməyib. Hətta Elsevərin lehinə söz deyəcək başqa şahidlərin gətirildiyi günə təyin olunmuş məhkəmə iclası qəsdən təxirə salınıb. Növbəti iclasda isə Elsevərin gətirdiyi şahidlərin bir qismi dindirilməmiş, dindirilənlərin isə ifadələri protokola salınmamış, məhkəmə qətnaməsində əksini tapmamışdır.
Bu mövzuda yazdığımız ötən məqalədə bir məqama da xüsusi diqqət yetirməyin vacibliyini vurğulamışdıq ki, mübahisə predmeti olan ev Şəhlanın keçmiş əri Elsevərə deyil, onun anası Əsgərova Asya İmamqulu qızına məxsusdur. Elsevərgil tərəfindən məhkəməyə təqdim olunmuş Sabunçu qəsəbə bələdiyyəsinin ödəyicisinin qəbzlərindən də məlum olur ki, torpaq və əmlak vergisini, həmçinin digər kommunal xidmətlərin (işıq, qaz, su, zibil daşınması) haqqını da məhz Əsgərova Asya İmamqulu qızı ödəmişdir. Bu nöqteyi-nəzərdən, həmin mənzil hətta heç mübahisələndirilə də bilməzmiş, nə Elsevərin, nə də Şəhlanın həmin o sənədsiz, özbaşına tikilmiş evə hüququ olmamışdır. Şəhla əslində Əsgərovların Gəncədəki evlərinə gəlin köçübmüş. 2004-cü ildə Bakıya gəlib bir müddət Şəhlanın atsıgildə, sonra da kirayədə yaşayıblar.
Hər ikisi infarkt xəstəsi olduğundan, Elsevərin valideynləri ədalətsiz məhkəmə qərarları və həmin qərarların icrası adı ilə törədilən əməllər onların səhhət durumunu daha da ağırlaşdırmışdır. Allahverdi Əsgərov 1938-ci, həyat yoldaşı "Qəhrəman Ana", 1948-53-cü illərin deportasiya köçkünü Asya xanım isə 1937-ci il təvəllüdlüdürlər. Allahverdi müəllimin 50 il pedaqoji stajı var. Əmək veteranı, şair-publisist, bir neçə kitabın, yüzlərlə məqalənin müəllifidir. Hər ikisi dərmanların hesabına yaşayırlar. Faktiki olaraq məhz onların Konstitusiya ilə müdafiə olunmalı olan mənzil hüquqları pozulmuşdur. Yaşadıqları ünvanı məlum birotaqlı evə 14.06.2014-cü, 22.05.2015-ci, 22.11.2015-ci il tarixlərdə özlərinin dediklərinə görə Binnətovlar və onları müşayiət edən mülki geyimli polis işçiləri tərəfindən basqınlar olmuş, ağsaqqal və ağbirçək ev sahiblərinə zor tətbiqi ilə müxtəlif dərəcəli xəsarətlər yetirilərək keçmiş gəlinin onların yanına köçürülməsi təmin edilmişdir. Əsgərovların öz başlarına gələn bu müsibətlər, məruz qaldıqları mənəvi terror barədə hüquq-mühafizə orqanlarına 2014-2016-cı illər ərzində yazdıqları 200-dən çox şikayətnamələrə əhəmiyyət verilməmişdir. Ən "yaxşı" halda onlara guya müraciətlərinin Sabunçu RPİ-nin 12-ci bölməsində araşdırıldığı və guya ərizələrinin cinayət və inzibati xarakterli olmadığının müəyyən edildiyi barədə yayındırıcı, həqiqəti əks etdirməyən, qaneedici sayılmayan cavablar verilmişdir.
ƏsgərovAsya İmamqulu qızı yenidən redaksiyamıza müraciət edərək, onlara mənəvi dəstək verdiyimizə görə qəzetimizin kollektivinə minnətdarlıq bildirmiş, həmçinin problemlə bağlı bəzi başqa təfərrüatları da əlavə etmişdir. Bildirmişdir ki, 22-23. 11. 2015-ci il tarixdə Şəhlanın valideynləri Binnətov Əmirxan Qara oğlu və Binnətova Billur C.qızı, əmisi Fuad, dayısı Muraz və beş qadın qonşuları Laləzar, Mzevinar Hidayət qızı, Rüstəmova Nəsibə, Dünya İsayeva, Zeynəb onları zorakılıqla evdən bayıra atmışlar: "Bizi icraçıların yanında ləyaqətdən saldılar, itələyə - itəıləyə evimizdən çıxartdılar. Məni vurub yıxdılar, özümü itirdim, yoldaşım Əsgərov Allahverdi (2010-cu ildə infarkt keçirmişdir) özünü itirərək bihal olmuşdur. Bu hadisəni böyük oğlum Əsgərov Aydın Allahverdi oğlu eşidib hadisə yerinə gəlmişdir. Həmin vaxt iddiaçı Şəhlanın anası Billur baş vrən hadisəni qabaqlamaq üçün böyük oğlum Aydına iki min manat beh vermişdir ki, heç bir şikayət olmasın. Bu işdən bizim - mənim və həyat yoldaşımın xəbərimiz olmamışdır. Bu pul məsələsini eşidib narazılığımız oldu. Bu işə nə mən (ev sahibi), nə də yoldaşım razı olmamışıq. Artıq bir ildir evimizdən didərgin düşmüşük. Biz tezliklə evimizə qayıtmaq istəyirik".
Əsgərovlar həmçinin bildirirlər ki, həmin behi yaxın vaxtlarda alıblar və evlərinə qayıdanda Şəhlanın anası Billur Binnətovaya qaytarmaq fikrindədirlər. Qeyd edirlər ki, Binnətovlar evin girəcək qapısını söküb atıblar, yenidən özləri qapı saldırıblar: "Evə gələn əsas yolu (maşın yolunu) hörüblər. Məqsədləri burada Neft Şirkətinin ərazisi sayılan boş yeri zəbt edib bizim evə itişik əlavə ev tikməkdir. Buna nail olmaqçün hər cür çirkin əmələ əl atırlar. Bizim evin ümumi sahəsi torpaqla birgə 1 sotdur. Özbaşına barını söküb qıfıllı çöl qapısı salıblar. Qanunu pozmaqla evimizi tam anneksiya (ilhaq) etmək istəyirlər. Biz isə haqqımız-hüququmuz uğrunda mübarizəmizi davam etdirəcəyik".
Qəzetimiz Əsgərov Aydın Allahverdi oğlunun da məsələyə münasibətini öyrənmişdir. Aydın bildirmişdir ki, 2000 manatı Binnətovlardan səhhət durumu o vaxt ağır vəziyyətdə olan anasının müalicəsi üçün almışdır və bunun müqabilində evin ona aid olan hissəsinə iddiasından əl çəkmişdir.
Beləliklə, boşanmış gəlin keçmiş qayınanasının əmlakının mənimsənilməsini davam etdirir. Bununla kifayətlənməyib Neft Şirkətinin ərazisini də işğal etdiklərinin gözünə qatıb.


Korrupsiya və Qanun

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb