Azərbaycan İdeyası

ASTARA ŞƏHƏRİNDƏ ƏZİZƏ ƏHMƏDZADƏ KİMƏ GÜVƏNİR……?ŞİKAYƏT VAR

Tarix:4-04-2017, 13:25
Baxış Sayı:598

 ASTARA ŞƏHƏRİNDƏ ƏZİZƏ ƏHMƏDZADƏ KİMƏ GÜVƏNİR……?ŞİKAYƏT VAR


KORRUPSİYA.AZ-ın elektron ünvanına bir qrup Astara vətəndaşı müraciət edərək rayonda baş verən ozbaşınalıqdan şikayətçi olmuşlar.Həmin şıkayəti oldugu kimi diqqətinizə çatdırırıq:
Astara şəhəri Ziya Bünyadov küçəsində “1001 Gecə” HOTELİ (NAMİQ-in hoteli) ilə üzbəüz 5 saylı binada yaşayan Əzizə Əhmədzadə qeyd olunan binanın bir hissəsini zəbt edərək ərazidə qanunsuz hasar tikmiş, onu dövlətin yol kənarına çəkdiyi hasara birləşdirmiş, nəticədə dövlətin binasına məxsus böyük bir ərazini qanunsuz zəbt etmiş və yaşadığı mənzilin otaqlarının sayını artırmaq VƏ OTELƏ ÇEVİRMƏK məqsədilə qanunsuz tikinti işləri apararaq alt qonşusu Şahnisə xanımın mənzilinin pəncərələrini qapadaraq onu çürüməyə məruz qoymuş, mənzili tam yararsız hala salmışdır. Bu səbəbdən, mənzil sahibi gəlib öz halal mənzilində yaşaya bilmir.
Biz dövlətimiz qarşısında vətəndaş borcumuzu yerinə yetirib bu barədə dəfələrlə Astara İcra Hakimiyyətinə və müxtəlif instansiyalara yazmışıq, lakin heç bir faydası yoxdur.
Sıradan adi bir Vətəndaş İcazəsiz İki daş üst-üstə qoyan kimi yüz yerdən tökülüb gəlirlər, amma o boyda hasarı və alt qonşusunun mənzilini zəlil etmiş o böyüklükdə qanunsuz tikilini görməzdən gəlirlər və yola verirlər. Çünki pul alıblar (məntiqlə bunu başqa necə izah etmək olar?) və Əzizədən pul almış məmurlar əlbəttə ki, məktubda yazılan qanun pozuntularının qarşısını almaqda maraqlı deyillər.
Həmçinin, qeyd olunan qanunsuz hasarın sökülməsi ilə bağlı Bakıdan Astara MKTTİB-nə təkrar ünvanlanan məktublarımızın heç bir təsiri olmur.
Əraziyə nəinki mütəxəssis, elə adi gözlə baxmaqla müraciətdə qeyd olunan qanun pozuntularının real oduğunu asanlıqla təsdiq etmək olar.
Nümayəndə göndərin yerində araşdırsın, görəcəksiniz ki, hər şeyi düz yazmışıq.
Qeyd olunan ərazidə yaşayan sakinlər, nəinki onlar, eləcə də hətta bütün Astara sakinləri Əzizənin qanunsuz hasarının və tikilisinin sökülməsini istəyirlər, lakin Əzizənin ifrat dərəcədə həyasız, söyüşcül və əxlaqsız olmasından çəkinərək ondan açıq-aşkar şikayət etməkdən qorxurlar.
Eyni zamanda, rayon əhalisinin mövhumat və cahillik baxımından Allahdan çox dua-cadudan qorxduğunu və Əzizənin isə daim belə işlərlə məşğul olduğunu nəzərə alanda insanların ondan niyə çəkindikləri tam aydın olur.
Məhz sadalanan bu səbəblərə görədir ki, halal mənzilindən didərgin düşmüş Şahnisə xanım illərdir ki, səsini çıxarmır və Əzizədən qorxaraq kor-koranə acı taleyi ilə barışır.
İşin ən pis tərəfi odur ki, Əzizənin qanunsuz işləri ayaq tutduqca bu insan anormal və psixi xəstə insanlara xas olan tərzdə, daim qonşulara, kiməsə pislik etmək arzusu ilə yaşayır və hamıya sataşır. Öz əxlaqsızlığı və mənəvi pozğunluğu ücbatından özünün və balalarının alınmayan həyatlarının səbəbini özündə axtarmaq əvəzinə acığını günahsız, məsum insanlardan çıxır.
İnsanların Əzizədən qorxmasını başa düşmək olar, çünki hətta məşhur hollivud aktrisalarının belə bacarmadığı rollara, min sifətə girən Əzizə insanlara istənilən pisliyi etməyə qadir “adam”dır və təəssüf ki, vətəndaşlarımızı Əzizə kimilərindən qoruyan real işlək mexanizm yoxdur, lakin dövlətin Əzizəyə qarşı tədbir görməməsi istər-istəməz insanı məyus edir, çünki Əzizə dövlətə bata bilməz.
Nə üçün bir nəfər “insan” bu qədər camaatı yesir edib? Kim verib ona bu səlahiyyəti? Niyə biz bu “adamın” zülmünə qatlaşmalıyıq? Niyə Astara şəhər rəhbərliyi illərdir Əzizənin qanunsuz hərəkətlərini ört-basdır edir?
Odur ki, yuxarıda ulu Tanrıya sığınıb, aşağıda dövlətimizdən və Sizdən xahiş edirik ki, Əzizə Əhmədzadənin qanunsuz hasarı və tikilisinin sökülməsini və Şahnisə xanımın Əzizə tərəfindən tamamilə yararsız hala salınmış mənzilinin xilas edilməsini təmin edəsiniz.
Qeyd edək ki, əxlaqsızlıq üstündə Türkiyədən deportasiya edilən Əzizə Əhmədzadə adını soyadını dəyişib hal-hazırda yenidən Türkiyədə olduğu üçün onun qanunsuz hasarının və Şahnisə xanımın mənzilini yararsız hala salmış qanunsuz tikilisinin sökülməsinə əlverişli şərait yaranmışdır.
Xahiş edirik, bizim bu məktubumuzu Astara şəhər rəhbərliyinə ve bələdiyyəsinə gonderesiniz ki, bəlkə SİZƏ görə onlar hərəkət etsinler. Yoxsa ki, bizim muracietlerimiz hec bir fayda vermir. “Şər ayaq tutar amma yerimez” deyib atalarimiz, amma Əzizənin şərləri illərdir ayaq da tutur, yeriyirlər də.
Bir vaxtlar narkotik alverçisi olmuş və əvvəllər evində əxlaqsızlıq yuvası təşkil etmiş qadın alverçisi Əzizənin Astara camaatına vurduğu zərbələrin sayı-hesabı yoxdur. Astara Polis Şöbəsində Əzizənin qalın bir kriminal arxivi vardır.
ƏXLAQSIZLIQ ÜSTÜNDƏ TÜRKİYƏDƏN DEPORTASİYA OLUNAN, ADINI SOYADINI DƏYİŞİB YENİDƏN TÜRKİYƏYƏ GEDƏN, İNDİ İSƏ QANUNSUZ ZƏBT ETDİYİ DÖVLƏTİN BİNASINA MƏXSUS ƏRAZİNİ PUL GÜCÜNƏ OĞLU ZAMİNİN ADINA SƏNƏDLƏŞDİRMƏK İSTƏYƏN
ƏZİZƏ-DƏN NƏ QƏDƏR YAZSAQ DA FAYDA VERMİR. ASTARA RAYON İCRA HAKİMİYYƏTİ OMBUDSMANA CAVABINDA YAZIR Kİ, HASARİN SOKULMESİ ÜÇÜN FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT İDARƏSİNƏ MÜRACİƏT ETMİŞLƏR. ASTARA RAYON MKTTİB RƏHBƏRLİYİ MERMARLIQ VƏ ARXİTEKTURA KOMİTƏSİNƏ CAVABINDA YAZIR Kİ, HASARİN SÖKÜLMƏSİ ÜÇÜN ZƏRURİ HAZIRLIQ İŞLƏRİ APARILIR, AMMA AYLAR KEÇİR İLLƏR KEÇİR HEÇ BİR NƏTİCƏ YOXDUR. BELƏ ÇIXIR Kİ, ASTARADA PUL VERSƏN İSTƏNİLƏN QANUNU POZMAQ OLAR VƏ
ƏZİZƏ KİMİLƏR ÜÇÜN CAMAATIN HƏYATINI ZƏHƏRLƏMƏK MÜMKÜNDÜR. BİZƏ KÖMƏK EDİN.
Məktubu yazdı: qeyd olunan ərazidə yaşayan sakinlər.
Təşəkkür edirik.

KORRUPSİYA.AZ OLARAQ QARŞI TƏRƏFİNDƏ MOVQEYİNİ DİNLƏMƏYA HAZIRIQ. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb