Azərbaycan İdeyası

Ermənilərin yaraladığı qadının müalicəsi davam etdirilir

Tarix:12-07-2017, 13:38
Baxış Sayı:456

 Ermənilərin yaraladığı qadının müalicəsi davam etdirilir

“Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan Quliyeva Sərvinaz İltifat qızının müalicəsi davam edir”.
Bunu “Report”a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
O bildirib ki, iyul ayının 4-də hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü S.Quliyevanın səhhəti hazırda stabildir: “O, Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasındadır. Yaralı xəstəxananın cərrahiyyə şöbəsindədir və müalicəsi davam edir. Sərvinaz Quliyevanın səhhəti daim diqqətimizdədir”.
Həkimin sözlərinə görə, xəstənin evə buraxılması ilə bağlı konkret vaxt demək olmaz: “Qəlpə yarası travmatik yara olduğu üçün, zədələrlə bərabər toxumalar əzilir. Yaralının həm zədələri var, həm də toxumalar əzilib, ona görə də, ağrıları olur və həkim nəzarəti altında olması şərtdir. Bu səbəbdən də Sərvinaz Quliyevanın müalicəsi xəstəxana şəraitində davam edir”.
Qeyd edək ki, iyun ayının 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO