Azərbaycan İdeyası

360 dərəcəlik dönüş: generallar Eldar Mahmudovu satmaq üçün növbəyə durub...

Tarix:13-07-2017, 12:54
Baxış Sayı:500

 360 dərəcəlik dönüş: generallar Eldar Mahmudovu satmaq üçün növbəyə durub...


MTN şefi ilə bağlı qərardad keçmiş komandasını sabiq nazirə düşmən edib...
“MTN işi” ilə bağlı saxlanılan və bu günə qədər sabiq rəisləri Eldar Mahmudov əleyhinə bir kəlmə də olsun ifadə verməyən bəzi generallar hazırda MTN şefinin əleyhinə ifadə vermək üçün növbəyə durub.
Bu barədə Moderator.az -ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb MTN-nin sabiq polkovniki Vüsal Ələkbərovla bağlı son məhkəmə prosesində E.Mahmudovla bağlı xüsusi qərardadın çıxarılmasıdır:
“Son günlərə qədər “MTN işi” ilə əlaqədar olaraq həbs edilən generalların E.Mahmudovla bağlı ciddi gözləntiləri olsa da, sabiq nazirlə bağlı verilən xüsusi qərardad bu gözləntilərin üzərindən xətt çəkdi. Məlum oldu ki, E.Mahmudov və onun sahib olduğu bağlantılar nəinki həbsdəki komanda üzvlərinin azadlığını təmin etmək iqtidarında deyil, sabiq nazir hətta öz toxunulmazlığının belə qayğısına qalmaqda acizdir. Bu reallığın məhkəmə qərardadı ilə öz təsdiqi tapması fonunda bu vaxta qədər susan, E.Mahmudovun onlara verdiyi qanunsuz əmr və göstərişlər haqqında bir kəlmə də olsun danışmayan komanda üzvləri, son 2-3 gündə MTN şefi əleyhinə ifadə vermək üçün növbəyə durublar. Onlar ümid edirlər ki, istintaqa kömək edəcəkləri təqdirdə cəzalarını yüngülləşdirə, öz vəziyyətlərini qismın də olsa yaxşılaşdıra biləcəklər”.
Mənbənin sözlərinə görə, komanda üzvlərinin bu addımı E.Mahmudov üçün yaxşı heç nə vəd etmir. Çünki yaxın gələcəkdə E.Mahmudov saysız-hesabsız şikayətçilərlə yanaşı, həm də öz keçmiş komandasının ittihamlarına cavab vermək məcburiyyəti qarşısında qala bilər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO