Azərbaycan İdeyası

Ermənini tərifləyən, jurnalisti dolayan Brillianta- Sərt reaksiya

Tarix:14-07-2017, 15:50
Baxış Sayı:475

Ermənini tərifləyən, jurnalisti dolayan Brillianta- Sərt reaksiya

Artıq bir neçə gündür ki, xalq artisti Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyana instaqramda tərif şərhi yazmağı gündəmin əsas mövzularından biri olub. Müğənninin erməni musiqiçini sosial şəbəkədə izləməsi və onun paylaşımlarına tez-tez müsbət fikir bildirməsi birmənalı qarşılanmayıb.
Yenixeber.org: Xalq artistinin bu addımı mediada yayımlandıqdan sonra rəsmi profilindəki adını dəyişməsi, daha sonra paylaşım edərək media nümayəndələrini günahkar çıxarması hər kəsin təəccübünə səbəb olub. Dadaşova ona qarşı “qara piar” aparıldığını, mətbuatın onun uğurlarını dərc etmədiyini iddia edib.
“Qafqazinfo” Brilliant Dadaşovanın sözügedən qalmaqalı ilə bağlı xəbər dərc edən KİV nümayəndələri ilə əlaqə saxlayıb.
“Xəzər Maqazin” verilişinin redaktoru Nərgiz Əliyeva Brilliant Dadaşovanın addımını sərt tənqid edib:
“Sözü deyib sonra inkar etmək... Müsahibə verib, sonra dediyi kəlimələri ağzından yox, montajdan çıxdığını iddia etmək müğənnilərin köhnə peşəsidir. Bu mövzuya gəldikdə isə nə yalan deyim, çox təəccübləndim və heyfsləndim. Söhbət düşmən ölkənin musiqiçisindən gedir, buna don geyindirməyin özü belə absurddur. Sonradan verilən açıqlama isə daldan atılan daşa bənzədi. Həmin daşlar da topuğa dəyir”.
Axşam.az saytının redaktoru Zəhra Əhmədova digər şou-biznes əhlinin Dadaşovanı dəstəklədiyini deyib və onları qınayıb:
“Məni təəccübləndirən xalq artistimizin bunu “qara piar” adlandırması oldu. Axı heç bir media qurum bunu yalandan, öz adından yazmayıb. Hər kəs də Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyanın şəkillərinə “super” yazıb, ürək, əla düzməsinin görüntüsünü verib. Hətta mən özüm profilin saxta olub-olmadığını yoxlamaq üçün dəfələrlə adın üstündən vurub, açıb baxdım. Brilliant xanım hər dəfə verilişlərdə profilini göstərib, özünün istifadə etdiyini deyirdi.
Heç kim saxta “Brilliant Dadaşova” profili izləmir. Müğənni bunu “qara piar” adlandırıb, medianı yalançılıqla günahlandırmaqdansa, normal açıqlama versin. Hələ İnstaqramda oturub, ona mənfi rəy yazanı blok edib, şərhini silir. Əsgərlərə konsertləri dövlət təşkil edir, müğənnilərdə dəvət olunur və gedib çıxış edirlər. Niyə kimsə bir tənqid deyən kimi, gözə soxurlar ki, “əsgərlər qarşısında çıxış etmişik”.
Hələ Brilliant Dadaşovaya tərəf çıxan sənət adamlarımızı anlamıram. Türkiyəli müğənni Özcan Dəniz erməni mahnısı oxuduğu üçün onu “xalq düşməni” elan etdilər. Bütün müğənnilərimiz fotosunu paylaşıb, təhqirlər yazırdı.
İndi niyə Brilliant Dadaşovanın erməni musiqiçisinə ürək düzməsinə münasibət yoxdur? Hardadı həmin müğənnilərimiz, aparıcılarımız, bəstəkarlarımız və prodüserlərimiz? Özcan Azərbaycan sənətçisi deyil, amma çıxdı bizim xalqdan üzr istədi. Brilliant Dadaşova Azərbaycanın xalq artistidir, hələ medianı qınayır, özünə haqq qazandırmağa çalışır. Özüdə belə bir həssas zamanda... Öz adıma deyirəm, mən jurnalistəm, müğənni olmaq fikrim yoxdur, ona görə də paxıllıq çəkib, hansısa bir müğənnini gözdən salmaq fikrində deyiləm. Müğənnimiz deyir ki, məni gözdən salmağa çalışırlar”.

Primetime.az-ın baş redaktoru Türkan Məmmədli xalq artistinə bunu yaraşdırmadığını söyləyib:

“İnsanları mühakimə etməyi sevirik. Kənardan nəyəsə qiymət vermək daha asandır. Brilliant xanımla şəxsən bu haqda danışaraq fikrini öyrənməmişəm. Bu səbəbdən məsələnin digər detallarını bilmirəm. Nəyin necə baş verdiyini gərək ki, birbaşa həmin şəxsin özündən soruşasan. Ümumilikdə gördüyüm mənzərə məni üzür. Çünki xalq artistinin özünə və sənətinə hörmətim var. Gərək belə etməzdi. Bir erməniyə şərh yazmaq, onu tərif etmək heç birimizə yaraşmaz. Deyirlər ki, sənətin milliyəti, şəxsiyyəti olmur. Amma Azərbaycan-Ermənistan söhbətlərində ən xırda amilin belə milliyəti, şəxsiyyəti var”.
“Yeni Müsavat” qəzetinin mədəniyyət yazarı Könül İbrahim bildirib ki, Dadaşovanın xalq artisti statusu əlindən alınsın:
“Brilliant Dadaşovanın erməni qarmonçuya tərif yazmasını azərbaycanlılara təhqir olaraq qəbul edirəm. Düşünürəm ki, “İnstagram” səhifəsinin adını dəyişdirmək, mətbuat nümayəndələrini qara PR-çı adlandırmaqdansa, üzr istəsin. Bəlkə də, yazdığı açıqlama ilə sadə vətəndaşları inandıra bilər. Lakin hər şey göz qabağındadır. Əgər qəlbində illərlə xalqımızına divan tutan, torpaqlarımızı işğal edən, insanlarımızı qətl edən ermənilərə qarşı sevgi varsa, bunu elə qəlbində saxlasın.
Məncə, onun xalq artisti adı da əlindən alınmalıdır. Üzr istəyib, səhvini başa düşməkdənsə, insanları dolayır. Türkiyənin məşhur müğənnisi Özcan Dəniz erməni mahnısı oxuduğu üçün azərbaycanlılar onun üzərinə getdi və Özcan üzr istəməli oldu. İndi isə Brillianta səslərini çıxarmırlar. Hətta bəzi sənətçilər ona dəstək olur, erməni açıqlamasının altına xoş sözlər yazırlar. Brilliant xanımla bağlı ölçü götürülməlidir ki, digərlərinə də dərs olsun”.
Maraqlıdır ki, Brilliant Dadaşova iyulun əvvəlində erməni təxribatı nəticəsində faciəvi şəkildə həlak olan Zəhra və nənəsi ilə bağlı heç bir status və ya şəkil paylaşmayıb. Əvəzində isə erməni musiqiçiyə mədhiyyələr yazıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.