Azərbaycan İdeyası

Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir

Tarix:24-07-2017, 17:28
Baxış Sayı:418

  Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir
Badamdar qəsəbəsi Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət edib.
AZXEBER.COM-a müraciət edən şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə saldığını bildiriblər: “Deməli, vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım isə sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Qəhvəxana yoxsa kafe olduğunu biz də tam olaraq bilmirik. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.
Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz “həqiqət”lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.
Deyilənə görə ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq “yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?
Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Aidiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik. Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq”.
Sakinlərin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:


  Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir
  Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir
  Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO