Azərbaycan İdeyası

Abdin Fərzəliyevin 20 ilə fəhləlikdən icra başçılığına gedən həyat yolu

Tarix:25-07-2017, 13:29
Baxış Sayı:377

 Abdin Fərzəliyevin 20 ilə fəhləlikdən icra başçılığına gedən həyat yolu



Ov həvəskarının Putinlə dostluğundan Rövnəq Abdullayevlə ədavətinə qədər
Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün “balaca padşahlar”a çevrilib. “Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin “balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və hobbiləri ilə daha çox təəccübləndirir. Oxucular üçün maraq doğuracağını nəzərə alıb icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa çalışacayıq. “Balaca padşahların böyük nağılı” adlı bu rubrikada cumhuriyyet.az olaraq Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin portretini sizə təqdim edirik:
Həyat yolu: 20 ilə fəhləlikdən icra başçılığına
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Müəmmalı Rusiya bağlantıları
Nərimanov rayon icra başçısının siyasi karyerasında diqqət çəkən digər bir məqam onun Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmasıdır. Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.
Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında hər hansı bir siyasi məqamlar axtarmaq yersizdir. Çünki avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır. Bu biznes şəbəkəsinin kimlər tərəfindən idarə olunduğu ilə bağlı bəzi məlumatlar da mövcuddur.
Rövnəq Abdullayevlə köhnə ədavət
A.Fərizəliyevin hakim komanda daxilində fəaliyyətinin bir məqamı da vaxtı ilə YAP-da «qaragurh dəstə»yə başçılıq edən və müxalif toplantılara təxribatçı qrup kimi daxil olaraq pozuculuq fəaliyyəti ilə yadda qalıb. Belə ki, həmin dönəmlərdə iqtidar düşərgəsində qara işləri ilə ad çıxaran, müxalifətçilərə qarşı amansız olan idmançı dəstələrə rəhbərlik edən “Quska” ləqəbli Hüseyn Abdullayevlə indi icra başçısı olan məmurun yaxınlığı hər kəsə bəlli idi. Onu da bildirək ki, “Quska”nın idmançılar dəstəsi saxlamaq ənənəsi müəyyən qədər A.Fərzəliyevə də keçib. Amma həmin dönəmdən qalan yalnız bu deyil. 2005-ci ilən parlament seçkilərində o zaman Nizami rayonun icra başçısı olan A.Fərzəliyev ARDNŞ rəhbəri Rövnəq Abdullayevlə mübarizədə hazırda Almaniyada mühacir olan Hüseyn Abdullayevə açıq dəstək vermişdi. Düzdür sonda seçkini R.Abdullayev qazandı, amma bu məqam heç şübhəsiz ARDNŞ şefinin yaddaşından silinməyib…
“Yaxşı ov yeri var” xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar”
Ölkənin bəzi məmurlarının özünəxas cəhətləri, xarakterləri və hobbiləri var. Onların arasında əyləncə sevənlərdən tutmuş, şahmat oynayana, ov həvəskarı olanlar da az deyil.Həmin sırada olanlardan biri isə bizim yazının qəhrəmanı Abidin Fərzəliyevdir. Digərlərindən fərqli olaraq, icra başçısının əsas hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar. Bununla bağlı cumhuriyyet.az plaraq media üzərindən əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət qoruğlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə, onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Məlumata görə, icra başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedirmiş və onunla bu istirahət mərasiminə prokuror, hakim və digər vəzifəli şəxslər də qoşulurmuşlar. Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri var. Onların aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Nərimanovda 50 kvadratmetrlik ərazi biznesi
Bakıda ən gəlirli sahələrdən biri sayılan avtoyuma və dayanacaq biznesidə inhisarda imiş. Araşdırmalara görə, belə məntəqələrinin ən çox cəmləşdiyi rayonda Nərimanovdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sözün həqiqi mənasında avtoyuma «kralı» sayıla bilər. Çünki rəhbəri olduğu rayondakı əksər belə məntəqələr ya bilavasitə özünündür, ya da başqasının olsa belə aylıq haqq alınır. Araşdırmalara görə, Fərzəliyevin aylıq gəlirinin böyük hissəsi də məhz bu sahədən əldə olunur. Üstəlik, faktiki olaraq Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır. Məlumatlara görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur. Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məşəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, şəm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur. Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır.
Onu da bildirək ki, Nərimanov rayonunda 50 kvadratlıq avtoyuma yerlərinin qiyməti heç də ucuz deyil. Bunun üçün sahibkar ən azından 25 min manatından keçməlidir. Araşdırmalara görə, əldə olunan bütün pulların birbaşa icra başçısı Abdin Fərzəliyevə çatıb-çatmadığı da məlum deyil. Bilinən yalnız odur ki, Nərimanov rayon İcra Hakimiyyətinin xüsusi təyin olunmuş işçiləri aylıq haqları yağır və yerləri satmaqla məşğul olur və işin ən pis cəhəti odur ki, avtoyuma məntəqələri açanların aldıqları torpağın sənədi yoxdur. Torpağı satan İcra Hakimiyyətinin işçiləri isə bu torpaqlara nə zamansa sənəd veriləcəyinə dair heç bir vəd vermirlər.
P.S. Yazıda bu vaxta qədər mediada yer almış və rəsmən təkzib olunmamış məlumatlardan istifadə olunmuşdur. Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb