Azərbaycan İdeyası

Hərbi qulluqçular iki yaşlı Zəhranın 40 mərasimində iştirak ediblər - FOTO

Tarix:14-08-2017, 11:55
Baxış Sayı:491

 Hərbi qulluqçular iki yaşlı Zəhranın 40 mərasimində iştirak ediblər - FOTO




Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib.
Bu barədə Korrupsiya və Qaun saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.
Mərasim iştirakçılarına Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin “Məsum Zəhra” elegiyası təqdim edilib (sözləri A.Qurbaniyə, bəstəsi isə Fərahim Qulubəyliyə aid olan elegiya Əməkdar Artist Cahangir Qurbanovun ifasında lentə alınıb).
Zabitlərdən Elşad Əbilov, Yaşar Səfərov, Seymur Həbibullayev, Əməkdar Jurnalist, "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı Rəşid Faxralı və başqaları çıxış edərək Ermənistan silahlı bölmələrinin intensiv olaraq mövqelərimizi, eləcə də yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, dinc əhalinin həlak olmasının beynəlxalq qanunlara sığmadığını qeyd ediblər. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi heç vaxt dinc əhaliyə atəş açmır, düşmən atəşləri vaxtında susdurulur, təxribatların qarşısı qətiyyətlə alınır.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi “Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı” sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib.
Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərər çəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.
A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri: balaca Zəhranın xatirəsinə həsr olunmuş “Erməni təcavüzünün qurbanları: məsum körpələr” kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan “Məsum Zəhra” qısametrajlı sənədli filminin təqdimatı keçiriləcəkdir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.