Azərbaycan İdeyası

Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

Tarix:14-08-2017, 14:04
Baxış Sayı:253


 Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

Ərşad Hüseynov: “ABŞ-dakı bu yeniliyin ölkəmizdə tətbiqi üçün hələ tezdir”
“Piyadalarımızın öncə daha primitiv qaydaları mənimsəməsinə ehtiyac var”
ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində “Telefondan istifadə edən piyadaya pul cəriməsi” qanun layihəsi qəbul edilib. Məlum qanunun qəbul edilməsində məqsəd piyadaların yolu daha diqqətli keçməsi, bu zaman diqqətlərinin telefonda deyil, yolda olmasını təmin etməkdir.
Maraqlıdır, ABŞ-dakı bu yenilik ölkəmizdə tətbiq edilə bilərmi? Bu qanunun tətbiqi qəzaların və piyada ölümlərinin sayını azalda bilərmi?
Moderator.az -a açıqlama verən tanınmış hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov məlum yeniliyi təqdir etsə də, belə bir qanunun ölkəmizdə tətbiqinin tez olduğunu vurğuladı:
“Təbii ki, yolu keçən piyadanın diqqətli olması, bütün diqqətini yola yönəltməsi vacibdir. Piyadanın yolu qısa zamanda, təhlükəsiz şəraitdə keçib getməsi lazımdır. Lakin qeyd etdiyiniz məsələyə gəlincə, ABŞ-dakı bu qanunun Azərbaycanda tətbiqi üçün zənnimcə, hələ tezdir. Məncə, indi belə bir qanun qəbul edilsə belə, bunun heç bir faydası olmayacaq. Çünki bizdə piyadaların xeyli hissəsi yolu hardan necə keçmək laızm olduğunu bilmir. Bu baxımdan öncə primitiv qaydaların öyrənilməsinə ehtiyac var. Qalan incəliklər isə bundan sonra gəlir. Indiki halda belə bir qanunun qəbulu vətəndaşlarla yol polisi arasında gərginliklərə səbəb ola bilər”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU