Azərbaycan İdeyası

Bakı avtovağzalında kassir-sürücü işbirliyi: sərnişinlər soyulur

Tarix:15-08-2017, 11:07
Baxış Sayı:398

 Bakı avtovağzalında kassir-sürücü işbirliyi: sərnişinlər soyulur

Bakı Beynəlxalq Avtovağzalında kassalarda 5.50 AZN-ə satılan biletləri rayonlara işləyən avtobusların sürücüləri 8 AZN-dən vətəndaşlara satır.
Korrupsiya və Qanun saytı xəbər verir ki, belə iddia ilə baku.ws-yə müraciət edən vətəndaş Rəqsanə Bayramova ötən gün Gəncəyə getmək istəyərkən avtovağzalda bu mənzərə ilə qarşılaşdığını bildirir.

“Dünən Gəncə şəhərinə getmək üçün saat 13:30-da Bakı Beynəlxalq Avtovağzalına gəldik. Bilet almaq üçün 13 və 14 nömrəli kassaya yaxınlaşdım. Yaxınlaşan zaman bir oğlanın kassirlə dava etdiyini gördüm. Nə baş verdiyini soruşdum. Aydın oldu ki, kassada bilet yoxdur. Camaatı isə “kompüter xarab olub və saat 16-ya bilet verə bilərik ancaq” deyərək aldadırlar. İşçilər vətəndaşa doğru-dürüst cavab vermirlər. Məcbur qalıb sürücüdən bilet aldıq”, – şikayətçi qeyd edir.

Onun sözlərinə görə, avtobus sürücüsü 5.50 AZN-lik bileti vətəndaşlara 8 AZN-dən satır: “Kassada 5.50 manat olan bilet niyə 8 manatdan satılır? Kassalar və sürücülər əlbir olub quldurluq edirlər. Kassirlər biletləri öncədən sürücülərə satırlar. Sürücülər isə istədikləri qiymətə satırlar. Aidiyyəti qurumlara səslənirəm: bu özbaşınalığa son qoyun!” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO