Azərbaycan İdeyası

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”

Tarix:17-08-2017, 15:21
Baxış Sayı:675

 Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”


“Aşıqlar Birliyindən 2-3 nəfər toylarda oxuyur onları tanıyıram. Bizim aşıq sənətinə böyük hörmətimiz var. Ona görə ki, biz Aşıq Ələsgər yurdundanıq. Mənim babam Aşıq Ağayar da Aşıq Ələsgərin şagirdi olub. Amma çox təəssüflər olsun ki, bu gün Aşıqlar Birliyini və aşıq sənətini yararsız hala gətiriblər. Onların heç bir fəaliyyəti yoxdur”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında deyib.
Hafiz Hacıyev Aşıqlar Birliyininin işçilərinin bu sənəti öldürdüklərini deyib.
“Bu gün Aşıqlar Birliyininin fəaliyyəti məni qane etmir. Düşünürəm ki, Aşıqlar Birliyinində islahata çox böyük ehtiyac var. Kiminsə xahişi ilə Aşıqlar Birliyininin sədri olanlar bu sənəti məhv edib. Aşıqlar Birliyində vəzifədə oturanların çoxunun bu sənətdən xəbəri də yoxdur. Ona görə də bizim aşıq sənəti bu günə qalıb”.
Partiya sədri şeir yazmaq, saz çalıb-oxumaq qabiliyyətinin olduğunu deyib.
“Sadəcə olaraq mən başqaları kimi kitab çap etdirmirəm. Sazda çalıb-oxuya bilirəm. Həmçinin siyasət başımı o qədər qatıb ki, bu sahədə öz gücümü ortaya qaya bilmirəm. Həm də bəzi adamlar var ki, bu sənəti korlayırlar. Aşıq sənəti Azərbaycanda tənəzzül dövrünü yaşayır. Belə getsə biz bu sənəti itirəcəyik. Çünki Aşıqlar Birliyində vəzifədə naşılar oturub”.
Hafiz Hacıyev “gələcəkdə Aşıqlar Birliyinə üzv olmaq fikriniz yoxdur ki? sualına belə cavab verib:
“Xeyr. İndi aşıq sənəti qalmayıb. Mən nə aşıq olası, nə də saz çalası deyiləm. Çünki Azərbaycanın prezidenti olmalıyam. Onu da deyim ki, prezident olduqdan sonra Aşıq sənətinin inkişaf etdirilməsi üçün xüsusi sərəncam imzalayacağam. Bu qurumda vəzifədə oturan şəxsləri işdən azad edəcəyəm. Düşünürəm ki, bundan sonra Azərbaycanda aşıq sənəti inkişaf edər”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO