Azərbaycan İdeyası

XARİCDƏ TƏHSİL ALAN AZƏRBAYCAN GƏNCLƏRİ ÖLKƏMİZDƏ DİPLOMLARININ TANINMASI MƏSƏLƏSİNDƏ CİDDİ PROBLEMLƏ QARŞILAŞIR

Tarix:23-08-2017, 15:08
Baxış Sayı:563



Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları” haqqında Nazirlər Kabinetinin 13 may, 2003-cü il 64№-li Qərarı kobud şəkildə pozulur. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Təhsil Nazirliyi Qaydalarda nəzərdə tutulmayan yollara baş vuraraq yaxın-uzaq xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesində süni əngəllər yaradır. Belə ki, düzgünlüyü heç bir şübhə doğurmayan, sorğular əsasında rəsmən təsdiq olunan diplom sahibləri isə qeyri-qanuni olaraq sual-cavab edilir, onlarla sanki işə qəbul edirlərmiş kimi davranırlar. Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılmalı olduğu halda Təhsil Nazirliyinin qapılarını aylarla döyən gənclər və valideynlər var. Təhsil Nazirliyinin tanımaq istəmədiyi diplomlar barədə İMTİNA sənədini bilərəkdən yubatmasıdır ki, bu da diplom sahiblərinin məhkəmə hüququnu məhdudlaşdırır. Hətta nazirlik o qədər irəli gedir ki, məhkəmə qərarlarını da tanımaq istəmir. Əslində, azərbaycanlı gənclərin bir çoxu ali məktəbi xaricdə oxumağa meyllidir. Səbəbi Azərbaycanda ali təhsil almağın baha başa gəlməsi, eləcə də bizim diplomların bir çox ölkələrdə tanınmamasıdır. Nüfuzlu xarici ali məktəblərdə təhsil alan, lakin diplomları heç bir əsas göstərilmədən Təhsil nazirliyi tərəfindən tanınmayan məzunlar deyirlər ki, bu qanunsuzluqda məqsəd xaricdə təhsil alanlardan rüşvət almaqdan ibarətdir. Onların fikrincə, nazirlikdə bu işdən milyonlarla pul qazanan adamlar var ki, rüşvət veriləndə saxta universitetin də diplomunu tanıyırlar, verilməyəndə isə ən nüfuzlu xarici universitetlərin belə diplomunu tanımırlar. Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqdadır. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələ ki, kredit sisteminə üstünlük verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamil etmək olar. KiV bu mövzuda yazır ki, M.Cabbarovun işçiləri sırf özfəaliyyətlə məşğuldur. Diplomu tanımamaq üçün onlar Gömrüyə, Sərhəd Qoşunlarına, MTN-nə, tələbələrin qaldıqları şəhərlərin Polis idarələrinə, yataqxanalara, zibilxanalara və daha nə bilək haralara sorğu göndərirlər. Sorğulara müsbət cavab aldıqda isə pəjmürdə olur və başlayırlar tələbəni sual-cavab etməyə - məsələn. rus dilində inşa, imla, roman, povest yazdırmağa... Bu azmış kimi iyul ayında isə Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov “Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında” əmr imzalayıb. Əmrə əsasən, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub. İdarə artıq təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək. Zaqatala rayonunun Əliabad qəsəbə sakini Arzu İbrahim qızı Cumayeva-Arzumanova redaksiyamıza yazdığı ərizədə göstərir ki, 2009-cu ildə Ukrayna Respublikasında Şərqi Avropa İqtisadiyyat və Menecment Universitetinin Filologiya fakültəsinə daxil olub, 2014-cü ildə bitirib. Universitetin verdiyi diplomu 24.02.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə göndərib. 22.05.2017-ci il tarixdə həmin idarədən imtina cavabı alıb. Arzumanova gileylənir ki, həmin Universitetin 45 nəfərə yaxın azərbaycanlı məzununun diplomu tanındığı halda onun sənədi niyə tanınmır. Arzu xanımın ərizəyə qoşma etdiyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin cavab məktubunun surətində isə imtinanın səbəbi belə izah olunub: Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikasının Şərqi Avropa İqtisadiyyat və Menecment Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə ümumiyyətlə olmadığınızdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir..." Diplomların tanınmaması onun saxta olmasını bildirmir.¬ Bütövlükdə idarə olaraq Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi saxta diplomların müəyyənləşdirilməsini deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO