Azərbaycan İdeyası

YERLİ İCRA HAKİMİYYƏTLƏRİ EV NÖVBƏSİNDƏ OLAN ŞƏHİD AİLƏLƏRİ ARASINDA AYRI-SEÇKİLİK EDİRLƏR

Tarix:23-08-2017, 15:11
Baxış Sayı:749




Qax rayon sakini Sahibə Cəlal qızı Manafovanın və Sabunçu rayon sakini Arzu Həsən qızı Məhərrəmovanın mənzil ilə bağlı redaksiyamızın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi müraciətə aidiyyti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Fonddan bildirilmişdir ki, adları göstərilən şəxslərin qeydiyyatda olduqları rayonların icra hakimiyyətləri mənzil növbəsində dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim etdikləri məktublarda onların adları qeyd edilməyib. Həmin məktublar Nazirliyin internet səhifəsində yerləşdirilib. Xatırladaq ki, vət. Arzu Məhərrəmova redaksiyaya göndərdiyi ərizəsinə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 01 mart 2017-ci il tarixli 89 saylı sərəncamının surətini də qoşma etmişdi. Sərəncamdan məlum olur ki, Quba RİH başçısının 03 fevral 2017-ci il tarixli 14 saylı sərəncamına əsasən şəhid ailəsinin mənzil uçot sənədləri yaşayış yeri üzrə Sabunçu RİH-nə köçürülüb. Sabunçu RİH-nin Mənzil məsələləri üzrə komissiyasının Arzu Məhərrəmovanın mənzil növbəsinin yaşayış yeri üzrə Sabunçu rayonuna köçürülməsi təklifini dəstəkləyən Sabunçu RİH başçısı köçürülmənin təmin edilməsini, adının güzəştli mənzil növbəsi siyahıya əlavə edilməsini qərara almışdır. Görünür, qərar qəbul edilsə də, "dovşana qaç, tazıya tut" deyən RİH adı Nazirliyə göndərilən siyahıya əlavə etməyib. Bununla da şəhid ailəsinin mənzil sahibi olmaq arzusu bir neçə illiyə ləngidilib ("Bir neçə il isə bir igidin ömrüdür"). Nə çatmayıb görəsən? Bunun adını heç cür "səhlənkarlıq" qoymaq olmur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO