Azərbaycan İdeyası

Ələddin Cəfərovun Vahid Ələkbərov “krışası”

Tarix:30-08-2017, 12:28
Baxış Sayı:454

 Ələddin Cəfərovun Vahid Ələkbərov “krışası”

QAFQAZXEBER.AZ saytının redaksiyasına Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovla bağlı, iş adamı, biznes ledi Ülviyyə Abdalova adlı dörd uşaq anası müraciət edib.
Ülviyyə Abdalova QAFQAZXEBER.AZ saytına bildirib ki, Ələddin Cəfərov ondan onun vəkili Elnur Quliyevin vasitəsi ilə 2015-ci ildə 1 ay ərzində fasilələrlə 100 min manat pul alıb ki, Ülviyyə Abdalovanın həyat yoldaşının məhkəmə tərəfindən zərərçəkmiş kimi tanınması barədə qərar çıxartsın. Ancaq sonradan Ələddin Cəfərov hardansa göstəriş alaraq Ülviyyə Abdalovanın həyat yoldaşının xeyrinə qərar çıxartmaqdan imtina edib.
Ülviyyə Abdalovanın dediyinə görə 100 min manat pulun 15 min manatını həyat yoldaşı Ələddin Cəfərovun özünə verib, 20 min manat pulu vəkilləri Elnur Quliyev aparıb verib Ələddin Cəfərova : “65 min manat pulu isə həyat yoldaşımla getmişik Yasamal Rayon Məhkəməsinin qabağına, …… 75-45 nömrəsini yığaraq Ələddin Cəfərova bildirmişik ki, pulun qalan hissəsini gətirmişik. O da cavab olaraq bildirib ki, Vüqar adında yaxın qohumum gəlib indi pulu sizdən götürəcək. Üstündən bir qədər vaxt keçdikdən sonra Vüqar adlı şəxs məhkəmənin qabağında gəlib bizə yaxınlaşaraq 65 min manat pulu bizdən götürüb”. Bir müddət keçdikdən sonra Ülviyyə Abdalova ilə şəhərdə görüşən vəkili Elnur Quliyev Ələddin Cəfərovda olan 100 min manatdan 15 min manat pulu qaytarıb, sonra 5 min manat pulu da Yasamal Rayon Məhkəməsinin yanında Ələddin Cəfərovun yaxın qohumu Vüqar adlı şəxs Ülviyyə Abdalovaya qaytarıb. Qalan 80 min manat məbləği isə bu günəcən Ələddin Cəfərov tərəfindən Ülviyyə Abdalovaya qaytarılmayıb.
Ülviyyə Abdalovanın müxbirimizə bildirdiyinə görə dəfələrlə Ələddin Cəfərovun mobil telefonuna zəng etsə də Ələddin Cəfərov Ülviyyə Abdalovanın səsini eşidən kimi, dəstəyi asıb. Ülviyyə Abdalova həmçinin bildirdi ki,o bir neçə dəfə Ələddin Cəfərova mesaj yazıb,zəng edib :”Dedim ki,bizi gözüyaşlı qoymasın,pulumuzu qaytarsın” Ülviyyə Abdalovanın ona zəng edib öz pulunu istədiyini və əl çəkmədiyini görən Ələddin Cəfərov onun nömrəsini bloka salıb. Ülviyyə Abdalova dəfələrlə Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun qəbulunda olub və 80 min manat pulunu tələb edib. Ələddin Cəfərov ona cavab olaraq bildirib ki, elə eləmə ki,uşaq hüquqları üzrə təşkilata zəng edib uşaqları sənin əlindən alım: “Sonra mən dəfələrlə onun yanına getdim . Ələddin Cəfərov mənə dedi ki,”ərivi axtarışa vermişəm,mənə heç nəyi sübut edə bilməzsən.Deyəcəm qadının başı çatmır.Təzəlikləcə isə dedi ki,elə eləmə ki,mən Qadın və Uşaq Problemləri üzrə komitəni yığım uşağı əlindən alım”.
20 yanvar 2017- ci il tarixdə Ələddin Cəfərov ……75-45 nömrəli mobil telefonundan Ülviyyə Abdalovaya aşağıdakı məzmunda mesaj yazıb: “Sənin pulunu yemişəm ,yaxşı eləmişəm.Arxamda Vahid Ələkbərov durub. (Azərbaycanlı milyarder Vahid Ələkbərov nəzərədə tutulur-red.) İstəyirsən get lap Prezidentə şikayət elə, mən heç kimdən qorxmuram”. Ülviyyə Abdalova da cavab olaraq Ələddin Cəfərova yazıb: “Allahdan qorx, ərimin nə günahı var?! Bizim pullarımızı qaytarın”.
Ülviyyə Abdalova ona qarşı törənən bu hadisə ilə bağlı Məhkəmə -Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət edib. Onun şikayəti əsasında Məhkəmə Hüquq -Şurasında Cavid adlı şəxs onu qəbul edib və bildirib ki,Ələddin Cəfərov barəsində çox şikayət etmə problemə düşərsən. Sonra Ülviyyə Abdalova dəfələrlə Ələddin Cəfərovla bağlı Ədliyyə Naziri Fikrət Məmmədovun qəbuluna düşmək istəyib,lakin Məhkəmə Hüquq –Şurası onu nazirlə qəbula yazmayıb: “Orada mənə dedilər ki, şişirtmə bu məsələni ,neynəyirsən şikayət edib,başın ağrayacaq,balaların var. Bir şey atarlar üstünə.Ondan sonra heç yerə şikayət etməmişəm.” Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Ələddin Cəfərov əslən Şəmkir rayonundandır və Rusiya ilə onun sıx əlaqələri var. Ola bilsin ki, Yasamal Rayon Məhkəməsinin sədri Vahid Ələkbərovun adını yazdığı sms-də çəkərkən Rusiya ilə sıx əlaqələrini nəzərə alıb.
Obyektivliyə riayət edərək Qafqaz Xəbər Agentliyi olaraq qarşı tərəfin də məsələyə münasibətini öyrənmək üçün Ələddin Cəfərovla telefonla əlaqə saxlayaraq onun da mövqeyini öyrəndik.
Ələddin Cəfərov məsələ ilə bağlı müxbirimizə açıqlamasında bildirdi ki, Ülviyyə Abdalovanın onun ünvanına səsləndirdiyi ittihamlar yalandır: “Bu ona oxşayır ki,kimsə sizə gəlib deyir ki,onun 1 milyon pulunu almısız… O qadının mən nə üzünü görmüşəm,nə də onu tanıyıram.Sadəcə olaraq o qadın prokurorluğun müstəntiqindən şikayət edirdi,o müstəntiqin işi də çıxmışdı məhkəməyə.Məhkəmədə digər tərəf də bilmirəm onun əri idi də,ya da tanışı… ”.
Onun Ülviyyə Abdalovanın telefonuna mesaj yazması barədə Ülviyyə Abdalovanın fikirlərinə isə cavab olaraq Ələddin Cəfərov bildirdi ki, o həmin qadına mesaj-filan yazmayıb: “Əgər mənim Vahid Ələkbərov kimi qohumum olsaydı yəqin ki,mən də o sahə ilə məşğul olardım.Mən Vahid Ələkbərovun qohumu deyiləm , telefonumdan da heç kimə mesaj göndərməmişəm. Mənim işim-gücüm yoxdumu tanımadığım adamlara mesaj göndərim. Ümumiyyətlə mən mesajla,internetlə-filanla maraqlanmıram. O qadının özü məhkum olunubdur,şərti cəza veriblər.Onun əridir-nəyidir bilmirəm onun bizdə cinayət işi var,vergidən yayınmağa görə axtarışdadır.İndi bu qadın da ora-bura şikayət edir ki,bəlkə işin gedişatına təsir eləsin . Mənim nəyimə lazımdır… mən nə o qadını tanıyıram,nə onunla,nə dəki başqası ilə qərəzliliyim var.Ancaq mənə təsir edən odur ki,qadın olasan amma belə iyrənc işlərlə məşğul olasan”.
Ülviyyə Abdalovanın onun qəbulunda olması barədə isə Ələddin Cəfərov bildirdi ki,”mən o qadını heç görməmişəm də , tanımıram da, yaxşı ki,tanımıram elə…” .
Biz Ələddin Cəfərovun açıqlamasına münasibət öyrənmək üçün yenidən Ülviyyə Abdalovaya müraciət etdik. “Onun dedikləri həqiqətə uyğun deyil.O məni tanımırdısa bəs necə telefonumu bloka salıb?!Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayev mənim ərimlə bağlı zərərçəkmiş qərarını ləğv etdikdən sonra mən məhkəməyə müraciət etdim.Mənim yoldaşıma bəraət vermək əvəzinə Orxan Babayev Ələddin Cəfərovla bağlı olduğundan o zərərçəkmiş qərarını ləğv etdi.Məsələnin mahiyyəti budur. ”-deyə Ülviyyə Abdalova müxbirimizə bildirdi.
Bundan başqa Ülviyyə Abdalova Elnur Quliyevdən də Vəkillər Kollegiyasına şikayət etdiyini bildirdi: “Mən Elnur Quliyevə dedim ki, Ələddin Cəfərova desin ki,mənim pulumu qaytarsın. Elnur Quliyev isə dedi ki,o (Ələddin Cəfərov-red.)pul verən deyil.” Ülviyyə Abdalovanın dediyinə görə Ələddin Cəfərov Elnur Quliyevə deyib ki,onu(Ülviyyə Abdalovanı-red.) tutduracaq.Pul problemi həll olunmadığına görə isə Ülviyyə Abdalova Elnur Quliyevdən Vəkillər Kollegiyasına şikayət edib.
Biz yazıda adı hallanan vəkil Elnur Quliyevin də məsələ ilə bağlı fikrini öyrənmək üçün dəfələrlə onun 055- 713 -97- -23 mobil nömrəsi ilə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verən olmadı.

Araşdırmamız davam edir.

 Ələddin Cəfərovun Vahid Ələkbərov “krışası”
 Ələddin Cəfərovun Vahid Ələkbərov “krışası”
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO