Azərbaycan İdeyası

Bakıda çörəyin içərisindən qəpik çıxdı

Tarix:6-09-2017, 16:30
Baxış Sayı:495

 Bakıda çörəyin içərisindən qəpik çıxdı
“İvanovka” şirkətinin istehsalı olan çörəyin içərisindən xırda pul (3 qəpik) çıxıb.

Bu barədə “Report”a Bakı sakini olan istehlakçı məlumat verib. O, redaksiyaya içərisindən qəpik çıxan çörək diliminin fotolarını göndərib.
İstehlakçı həmin məhsulu Bakı şəhəri, Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşən “Favorit market”dən aldığını bildirib.
Məsələ ilə bağlı marketdən “Report”a bildirdilər ki, bu kimi hal ilk dəfədir baş verir.
“İvanovka” şirkətindən də bu halın ilk dəfə baş verdiyini bildiriblər: “Araşdırma aparılacaq və kim bu hala yol veribsə, barəsində tədbir görüləcək. Bizim işçilərimiz çox səliqəli, təmiz iş görürlər. Ona görə də belə halın baş verməsi bizi təəccübləndirdi. Məsələ araşdırılacaq”.
Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov “Report”a açıqlamasında xatırladıb ki, artıq iki ilə yaxındır istehsal müəssisələrində heç bir yoxlama həyata keçirilmir: “Yoxlamalar həyata keçirilməsə də, hər bir istehsal üçün müəyyən olunmuş sanitar qaydalar mövcuddur ki, ona əməl olunmalıdır. Əgər doğrudan da bu hal baş veribsə, bu onu göstərir ki, siz qeyd etdiyiniz istehsal sahəsində sanitar-gigiyenik qaydalara ciddi əməl olunmayıb.
Görünür müəssisədə nöqsanlara yol verənlər ya işçilərdir, ya da şirkət fəaliyyətində qaydalara əməl etmir. İşçilər birinci növbədə sanitar geyimdən istifadə etməlidirlər. Eyni zamanda, barmaqlarında üzük, qulaqlarında sırğa, cibdə qəpik, ümumiyyətlə üzərlərində yad əşyalar olduğu halda istehsal sahəsinə daxil olmamalıdırlar. Qəpiyin çıxması onu sübut edir ki, işçilər qaydaları pozaraq həmin istehsal sahəsinə yad əşyalar aparıblar, o da çörəyin içərisinə daxil olub”.
Z.Kazımov məsələnin ikinci tərəfinə də toxunub. Onun sözlərinə görə, istehsal sahəsində un ələnmə prosesindən keçirilməlidir. Eyni zamanda, unun tərkibində olan yad cisimlər maqnit ötürücülərdən keçirilməlidir ki, saxlanılsın.
Z.Kazımov onu da vurğulayıb ki, bu kimi hallar aşkarlandıqda istehsalçı İnzibati Xətalar Məcəlləsinə əsasən 200 manatdan 400 manata qədər cərimə olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb