Azərbaycan İdeyası

SSRİ-nin ləğvinə imza atanlar içkili olub?

Tarix:15-09-2017, 14:24
Baxış Sayı:503


“Ən ucuz rus silahı rusiyalıların həyatıdır”
 SSRİ-nin ləğvinə imza atanlar içkili olub?

Ukraynanın məşhur “Qordon” nəşri Belarusun keçmiş lideri Stanislav Şuşkeviçdən müsahibə götürmüşdür. Müsahibədə Azərbaycan oxucusu üçün də maraqlı olan yaxın keşmiş və bu günkü vəziyyətlə bağlı maraqlı məqamlar var.

Moderator.az müsahibəni kiçik ixtisarla təqdim edir.


-Stanislav Stanislavoviç, Siz Belovejsk razılaşmasını imzalayan şəxslərdən birisiniz. Etiraf edin, bu razılaşmanın altında imzanız olduğuna görə Sizi tez-tezmi lənətləyirlər?

-Bilirsiniz, məni metodiki olaraq Lukaşenko və onun satrapları lənətləyir. Belə də isə, müntəzəm deyil, nadir hallarda olur. Əksinə, Ukraynada ,Polşada, hətta Belarusun özündə də yaxınlaşıb təşəkkürlərini də bildirənlər çoxdur, xüsusilə son zamanlar.

-Bilirsiniz, çoxları danışır ki, Belovejsk razılaşmasını imzalamzdan qabaq Yeltsin, Kravçuk, Siz möhkəm içmisiniz. Bu həqiqətdir, yoxsa belə deyil?

-Bu, tamamilə cəfəngiyyatdır. Amma, geniş yayılmış cəfəngiyyatdır. Harda olsam- Britaniyada, Ştatlarda, Meksikada məndən soruşurlar

- “Siz ayıq vəziyyətdə idiniz?”.

Bu nağılı jurnalistlər, o cümlədən ukraynalı, belaruslu jurnalistlər uzatdılar. Əslində isə biz tamamilə ayıq bir qərar qəbul etdik. Mən ,ümumiyyətlə artıq içməyi özümə imkan vermərəm, orda iştirak edənlər də o cümlədən. Bir daha təkrar edirəm: söhbət məsuliyyətli bir işi yerinə yetirən ayıq adamların ayıq qərarından gedir.

Mən, Belovejsk razılaşması ilə bağlı, bu tarixi hadisə ilə əlaqəsi olan –Qorbaçovla, Kravçukla, Fokinlə, siznlə, Korjakovla, Burbulislə söhbət etmişəm. Bildiyimə görə başdan nəsə imzalamq planlaşdırılmayıb. Qorbaçov Yeltsinə deyib :”Sən onsuz da Belarusa, Şuşkeviçlə görüşə gedirsən, onunla , həm də Kravçukla danış, gör onlar İttifaq Müqaviləsini imzalamağa necə baxırlar” .
-Amma, artıq Sizin görüşünüz zamanı dəqiq fikir yaranıb ki, Sovet İttifaqının hüququ mövcudluğunu dayandırmaq haqqında akt imzalansın. Bu fikir birinci kimin ağlına gəldi, təşəbbüskar kim oldu?

-Mən bilmirəm ki, bu ilk kimin ağlına gəldi, amma onu birinci Gennadi Eduardoviç Burbulis səsləndirdi. O gözəl ifadə səsləndirdi: “ Siz belə bir təklifin altından öz imzanızı atmağa razısınızmı: “SSRİ beynəlxalq hüququn subyekti və geopolitik reallıq olaraq öz mövcudluğunu dayandırır” .Mən paxıl adam deyiləm, amma burda həsəd apardım, ona görə ki, bu filosof, marksist leninçi elə bir gözəl formula tapmışdı ki... Bunu eşidəndə, birinci mən qışqarmaq yox, bağırdım:”Mən imzalayıram!” –bu özümün də xoşuna gəldi. Qalanları da tələsik bunu etdilər.

O vaxta qədər Mixail Sergeyeviç, yəqin canınızı boğaza yığmışdı...

Bilirsiniz, o hələ əvvəldən boğaza yığmışdı. Amma, məni onun “can boğaza yığmaqlığı” deyil, açıqcasına heç nə deməməsi təəccübləndirirdi. Elə bil Vilnüs, Tbilisi haqqında heç nə bilmirdi.( 20 Yanvar Bakı qırğınında adı çəkilən şəhərlərdəkindən 10 dəfə artıq insan qətlə yetirilsə də Bakının adı niyə çəkilmir? Bu sualı Şuşkeviçə yox, özümüzə verirəm-tərcüməçi) mən ona sovet dövləti başçısı kimi hörmət edirdim, amma Yeltsinə hörmətim daha çoxdur.

NAZRBAYEVİN ADAMI YELTSİNƏ ÇAY YERİNƏ KONYAK SÜZDÜ

-Sizin üzərinizə ağır missiya qoyuldu: Ev sahibi olduğunuz üçün Qorbaçova zəng edib SSRİ –nin daha mövcud olmadığını və bu qərarı onun yox, üçlükdə verdiyinizi söyləmək. Çətin oldumu Qorbaçovla danışmaq, və nə haqqında danışdınız?

-Yox, o vaxt danışmaq çox asan oldu. Əvvəllər çətin olurdu, o mənə SSRİ prezidenti kimi evimə zəng vurur və təəccüblənirdi ki, mən hələ də ikiotaqlı evdə yaşayıram və xüsusi rabitəm yoxdur, onunla şəhər telefonu ilə danışıram. Belovejskdən isə xüsusi rabitə ilə danışırdım, ona görə sakit danışdım və çalışdım ki, dəqiq şəkildə izah verim. Məncə alındı.

-Nə dediniz ona?

-Qorbaçova çətinliklə zəng edə bildim-kimsə trubkada tələb edirdi ki, mən kim olduğumu dəqiq deyim. Belə hallarda mən adətən deyirdim: siz demək istəyirsiniz ki, mən dəvə olmadığımı sübut edim, mən də bu qədər alçalıb bunu sübut etməyəcəm. Dedim ki, bu telefonla Belarusdan yalnız Şuşkeviç zəng edə bilər, amma yenə də gec birləşdirdilər. Sonra belə söz-söhbət dolaşdı: Qorbaçov bildirdi ki, guya biz əvvəl Buşa, sonra ona zəng etmişik.Bu yalandır, cəfəngdir, belə şey olmadı. Nəsə Qorbaçova nə baş verdiyini izah etdim.

-Qorbaçov danışıqda sizləri hədələmədi, demədi ki, orda boş-boş işlərlə məşğulsunuz?

-Yox, amma bir xüsusiyyəti hiss etdim- o ilk dəfə mənə “Siz” deyə müraciət etdi. Mən ilk dəfə Kremlə daxil olanda o “sən” deyə müraciət etmişdi, həm də leksikonunda söyüş bol idi. Burda isə “Siz” dedi və sonda lal səhnə...
Nazarbayevin adamı Yeltsinə çay yerinə konyak süzdü, o da axırda yıxılmağa başladı, mən onu tutdum.O da mənə saat bağışlayıb dedi: “Çətin zamanda Rusiya prezidentinə dayaq olduğunuza görə”. Boris Nikolayeviç içirdi, siyasi mənada yox, sadəcə bir şən adam kimi. Saat iki aydan sonra dayandı, amma mən onu hələ də saxlayıram.

-25 dekabr 1991-ci ildə axşam Sovet İttifaqının bayrağı endirildi. SSRİ yox idi. Nə hisslər yaşadınız onda?

-Mən Sovet İttifaqının dağılmasına sevinmədim, amma sonra oxudum ki, Saakaşvili deyir: -“ Əgər bu Putin üçün faciədirsə , mənim üçün həyatda ən böyük bayramdır” .Mən bu mövqeni dəstəkləyirəm.

-SSRİ-nin dağılmasının iştirakçısı olmağınıza təəssüf etmirsiniz ki?

-Mən bununla fəxr edirəm.

– Keçmiş sovet respublikalarından , Sizcə, hansı respublika daha çox uğur qazanıb?

Mən Ukraynanı uğur qazanan respublika bilirəm. Ayrıca fərqləndirmək istəmirəm, çoxlarında nəsə yaxşı işlər var, amma hələ inkişaf etmək lazımdır. Mən Qazaxıstanda, Tacikistanda da oluram

-... amma, Estoniya, Gürcüstan pis yaşamır

- Buna söhbət yoxdur, onlar idealdır! Baltikyanı respublikalar, təkrar edirəm, idealdır. Estoniya – bu , ümumiyyətlə insan şücaətinin, milli brliyin təntənəsidir.

MİLYARDER OLMAQ ÜÇÜN OĞURLAMAQ LAZIMDIR.

-Mən baxıram , Siz çox sadə yaşayırsınız. Niyə Belarusun lideri milyarder deyil?

-Milyarder olmaq üçün oğurlamaq lazımdır, qanunu pozmalısan. Ən pis ölkə başçısı dövlətin malını mənimsəyib milyarder olandır. Mən heç vaxt bunu edə bilmədim və qürurluyam. Bu mənim üçün, hansısa daşınmaz əmlakdan daha böyük zənginlikdir. Mənim dörd otaqlı mənzilimdən, balaca qaraj və bağımdan başqa heç nəyim yoxdur. Amma, bilirsiniz nəyə sevinirəm? Bir dostumu da itirmədim.

-Sizin kolleqalardan biri- dəbdəbəni, təmtarağı sevən Tükmənbaşı yadımdadır ki, bir dəfə Sizə dedi:

“Stanislav Stanislavoviç, axı bizdə sizinlə birlikdə Allahın möhürü var” Siz öz üzərinizdə belə möhürü hiss etmisinizmi?
-Heç vaxt belə hesab etməmişəm. Mən çalışırdım ki, savadlı siyasətçi olum, amma dərk edirdim ki, məni bu sahədə yüksəklilər fəth edənlərlə uçurum ayırır. Mən həqiqi siyasətçiləri- Çörçili, de Qolu, hətta Stalini nəzərdə tuturam. Bu səviyyəyə mən iddia etmirdim.

Ardı var...
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb